Manşet

Müdafiə Nazirliyi: "Qarşı tərəfin yaydığı məlumat tam yalandır" 

 

29 Avqust, 2021
857

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib. 

Nazirlikdən "Report" bildirilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır:

"Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür. Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab atəşilə qarşı tərəf susdurulub". 

Rəsmi olaraq bildirilir ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur.

Manşet

Dörd nəfərin ölümünə görə 9 il həbs tələb olundu

6 Mart 2022

arqument.az

Növbəti prosesdə vəkillər çıxış edəcək Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb.  Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək. Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək,...
Manşet

Navalnı yeni mükafatını korrupsiya ilə mübarizə aparanlara həsr etdi

22 Oktyabr 2021

DW

Aleksey Navalnı layiq görüldüyü Andrey Saxarov adına mükafatı “korrupsiyanın istənilən forması ilə mübarizə aparan hamıya” həsr edib.  “Radio Svoboda” xəbər verir ki, bu barədə rusiyalı siyasətçinin sosial şəbəkələrdəki hesablarında məlumat verilib.  Yazıda “jurnalistlərdən vəkillərə qədər, məmurlardan və deputatlardan küçəyə çıxıb bu mübarizəni dəstəkləyənlərə qədər” mübarizlərdən danışılır. “Onlara hətta bir az qorxulu olan anlarda da inadkarlıq və cəsarət arzu etmək istəyirəm”, - deyə müxalifətçi əlavə edib. Mətndən aydın olur ki, Aleksey Navalnı mükafata layiq görülməsini vəkilindən öyrənib. Hazırda həbsdə olan Aleksey Navalnının namizədliyi Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası, eləcə də sayına görə üçüncü fraksiya olan “Avropanı yeniləmək”...

Seçilmiş Videolar

Toplum TV loqo