DW
Aleksey Navalnı layiq görüldüyü Andrey Saxarov adına mükafatı “korrupsiyanın istənilən forması ilə mübarizə aparan hamıya” həsr edib.
“Radio Svoboda” xəbər verir ki, bu barədə rusiyalı siyasətçinin sosial şəbəkələrdəki hesablarında məlumat verilib.
Yazıda “jurnalistlərdən vəkillərə qədər, məmurlardan və deputatlardan küçəyə çıxıb bu mübarizəni dəstəkləyənlərə qədər” mübarizlərdən danışılır. “Onlara hətta bir az qorxulu olan anlarda da inadkarlıq və cəsarət arzu etmək istəyirəm”, - deyə müxalifətçi əlavə edib.
Mətndən aydın olur ki, Aleksey Navalnı mükafata layiq görülməsini vəkilindən öyrənib.
Hazırda həbsdə olan Aleksey Navalnının namizədliyi Avropa Parlamentinin ən böyük fraksiyası - Avropa Xalq Partiyası, eləcə də sayına görə üçüncü fraksiya olan “Avropanı yeniləmək” tərəfindən “azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizədə cəsarətə görə” irəli sürülüb.
Kremlin mətbuat katibi Dmitri Peskov hadisəni şərh edərkən “bizi belə qərarlara hörmət etməyə heç kim məcbur edə bilməz”. O, daha sonra əlavə edib ki, mükafat haqqında qərar qəbul edənlər “gerçək informasiyaya malik deyillər”. Peskov nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
e-huquq.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?