Manşet

Qadir İbrahimli: “Qarabağda da məmurlara yaxın şirkətlərə fürsət yaradılacaq”

31 İyul, 2021
737

Açıq mənbələrdən götürülüb

“Qarabağda sahibkarlıqla məşğul olmaq üçün investisiya və yeni texnologiya imkanlarına üstünlük verilməsi sadə qarabağlıların sahibkarlıqla məşğul olmaq şansını məhdudlaşdırır. Elə bir format seçilib ki, investisiyanı öz şirkətləri  yatıracaq, digər şirkətlərin ora girməsinə imkan verilməyəcək”. 

İqtisadçı Qadir İbrahimli “Toplum TV”-yə açıqlamasında belə deyib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun 31  iyul tarixli iclasında açıqlanmış məlumata görə, həmin ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub və investisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi məqsədilə şirkətlərlə görüşlər keçirilib. Həmin şirkətlərlə 14497,25 hektar torpaq sahəsindən istifadəsi üzrə müqavilələr bağlanılıb və əkin aparılan 9557.25 hektar əkin sahəsinə subsidiyalar ödənilib. 23 iyul tarixinədək 8957.5 hektar taxıl sahəsi biçilib.

Bundan başqa, Prezident İlhsm Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılmış Ağdam Sənaye Parkı üçün müraciətlər əsasında 12 potensial rezident seçilib.

Q.İbrahimli hesab edir ki, seçimlər açıq tenderlər yolu ilə olmayacaq: “Çox güman ki, ənənəvi qaydada özlərinə yaxın şirkətləri seçəcəklər. Əgər bunu ictimailəşdirsəydilər, yəni tenderlərlə bağlı elan verilsəydi, yəqin ki, digər iş adamları da bu prosesə qoşula bilərdilər. Rusiyada, MDB-nin digər ölkələrində, Türkiyədə yaşayan ağdamlı iş adamları var. Onlar o prosesə daxil etməklə Qarabağa daha çox investisiya cəlb etmək olardı. Ancaq hər şey ənənəvi qaydada olacaq, məmurlara yaxın şirkətlərə fürsət yaradacaqlar”. 

Torpaqlardan istifadənin şirkətlərə həvalə edilməsi,  yerli əhalinin bu prosesdən kənarda saxlanması nə dərəcədə məqsədəuyğundur sualına elspert belə cavab verib:

“Yəqin ki, Qarabağdan olan insanların bir çoxu geri qayıtmayacaq, çünki orda hələ nə iş yeri var, nə də ki yaşayış. Və bir də pisixoloji faktor var - 30 ildir başqa yerdə yaşayıblar, pis-yaxşı özlərinə həyat qurublar, yenidən yer dəyişmək asan olmaz. 
Bu proqram o vaxt effektiv ola bilər ki, vaxtilə Sumqayıtda olduğu kimi, əvvəlcə o ərazilərdə iş yerləri yaradılsın. Sumqayıt əvvəllər heç kimin yaşamadığı bir ərazi olub. Sonra orda zavodlar, fabriklər tikiblər, isnsanlar da Azərbaycanın müxtəlif bölgələrindən gəlib orada işləyiblər, yaşayış qurublar. Ona görə də işğaldan azad olan torpaqlarda birinci iş yerləri yaratmaq lazımdır, sonra insanları ora köçürmək”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo