Qarabağda inventarlaşdırma: daşınmaz əmlakın 31,2%-i istifadəyə yararsızdır
Açıq mənbələrdən götürülüb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İqtisadi Məsələlər üzrə İşçi Qrupu növbəti iclasını keçirib.
Videoformatda baş tutmuş iclasda qrupun Prezident Administrasiyasından; İqtisadiyyat, Maliyyə ,Energetika,və Kənd Təsərrüfatı nazirliklərindən; Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondundan olan nümayəndələri iştirak ediblər.
Tədbirdə açıqlanmış statistikaya görə, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə 13 911 daşınmaz əmlakın (11 016 ədəd tikili və 2 895 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb, Laçın rayonunda isə işlər davam etdirilir.
İlkin inventarlaşdırma nəticəsində məlum olub ki, 5 165 (37.1 %) əmlak əsasən yararlı, 4411 (31.7 %) əmlak qismən yararlı, 4335 (31.2 %) əmlaksa tam yararsız vəziyyətdədir (“Report”).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
e-huquq.az
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər