Manşet

Qubad İbadoğlu: “Təkcə kənd təsərrüfatına 87.06 milyard dollar məbləğində zərər dəyib”

31 İyul, 2021
218

Qubad İbadoğlu - Sosial media

Qarabağın işğalı nəticəsində təkcə kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. 

Bunu itisadçı ekspert Qubad İbadoğlu öz “Feysbuk” hesabında yazıb.

Üzvü olduğu müstəqil işçi qrupu ilkin hesablamalarının başa çatdığını bildirən İbadoğlu qeyd edib ki, rayonların seçilməsi işğaldan zərər görmüş rayonla buna məruz qalmamış rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan, kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasına əsasən həyata keçirilib:
“Bu zaman sektorlar üzrə istehsal həcmi,  məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər  son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib”.
Q.İbadoğlu yazır ki, ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub:
“Xahiş edirəm, bu rəqəmə sadə  hesab kimi baxmayasınız, onun müəyyənləşdirilməsi  üçün beynəlxalq metodologiyadan istifadə olunub, 1985-2020 ilə qədər dövrü əhatə edən 35 illik məlumat bazası hazırlanıb və təhlil edilib”.

Yaxın günlərdə araşdırmanın təfsilatlı təqdimatı olacağını bildirən İbadoğlu 27 il işğal altında qalmış hər bir rayon üzrə ümumi və sektorlar üzrə kənd təsərrüfatına   dəymiş zərərin maddi dəyərinin açıqlanacağını qeyd edib. 

Q.İbadoğlu xatırladıb ki, 2020-ci ilin dekabrında yaradılan İşçi Qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda  fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub və kənd təsərrüfatı ilə yanaşı, şəxsi və dövlət əmlakına və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır.

Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust 2021

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”  "Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.  Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.  "280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”  Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına...
Seçilmiş Videolar