Sosial media
“Müdafiə xətti” insan haqları təşkilatının təsisçisi Rüfət Səfərov təxribatla üzləşib.
Bu haqda o özünün “Feysbuk” səhifəsində yazıb.
"Zərdabdan Ehtiram Şıxəliyev adlı bir nəfər zəng edib deyir ki, guya mən 6 il bundan əvvəl - həmin rayonun prokurorluğunda müstəntiq işləyəndə onun saxta diplomumu götürüb qaytarmamışam, üstəlik, ondan rüşvət almışam. Məndən şikayət edəcəyini bildirir”- Səfərov belə yazır.
O, ittihamın məntiqsiz olduğunu vurğulayır:
“Saxta diplomu götürüb qaytarmamışamsa, rüşvət niyə almalıydım ki? Bunu kimlər fikirləşibsə, elementar məntiq qaydalarından xəbərsizdirlər”.
“Toplum TV”-yə açıqıamasında isə R.Səfərov bunları deyib:
“Təxminən xatırlayıram ki, 2015-ci ildə Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqinin istintaq tapşırığıyla bir qrup şəxsi - Zərdab rayonunun müxtəlif məktəblərində müəllim işləyən bir neçə adamı fəliyyət dindirmişəm, diplomlarına baxış keçirib götürmüşəm və aidiyyəti üzrə Baş İdarəyə göndərmişəm. Həmin şəxslər ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetini, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Ağcabədi filialını testdən kənar şəkildə bitirib diplom almışdılar. Sonradan o cinayət işinə xitam verilib-verilmədiyi barədə heç bir məlumatım yoxdu. Çünki məlum hadisələrdən sonra (Məhkəmə-hüquq sistemiylə bağlı tənqidi açıqlamalarını nəzərdə tutur - red.) tənqi prokurorluq orqanlarından ayrıldım”.
R.Səfərov həmçinin qeyd edib ki, sonrakı dövrdə hökumət ona qarşı sərt mövqe sərgiləyib:
"Son 6 ildə 3 dəfə qurma ittihamlar əsasında həbs edilmişəm. Amma repressiv tədbirlər doğru bildiyimiz ictimai fəaliyyətimizə mane ola bilməz”.
R.Səfərov “Müdafiə xətti”nin hüququ pozulmuş şəxslərlə sıx əlaqəsinin hökumət dairələrini narahat etdiyini düşünür:
“Açıq etiraf etməliyəm ki, bu müddət ərzində hakimiyyət mənə ayrı-ayrı şirnikləşdirici təkliflər də edib. Həmin təklifləri rədd etdiyim üçün növbəti uydurma ittihamlarla üzləşəcəyimi bilirdim".
Hüquq müdafiəçisi rüşvət ittihamının heç bir əsası olmadığını bildirib:
"Əgər saxta diplomunu götürmüşəmsə, bu adama hər hansı şəkildə kömək etmək imkanım yoxdursa, rüşvət niyə almalıydım Sual budur ki, bu şəxs niyə 6 ildən sonra ayılıb, niyə məni indi ittiham edir. Çox inanmaq istəyirəm ki, hökumət dərinə getməz. Çünki bu nə onlara, nə də mənə fayda gətirər".
“Şifahi ittihamın ardınca yazılı şikayətin də olub-olmayacağı, araşdırmanın gedişatı və mahiyyəti yaxın günlərdə məlum olacaq” - Səfərov belə deyir.
2016-cı ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Rüfət Səfərovla bağlı Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi üzrə cinayət işi açılıb, haqqında həbs qətimkan tədbiri seçilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
e-huquq.az
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür