Cozef Bayden
FOTO: AP
ABŞ Rusiyanı rəsmi olaraq yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasiminə dəvət edib.
Bu barədə yanvarın 12-də TASS agentliyinə Rusiyanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
"Biz dəvət almışıq", - səfirliyin nümayəndəsi açıqlamasında deyib. O, bildirib ki, Rusiya tərəfi andiçmə mərasimində səfir səviyyəsində iştirak etmək niyyətindədir.
Baydenin andiçmə mərasimində əvvəlcə yalnız ABŞ Konqresinin üzvlərinin və onların qonaqlarının iştirakı nəzərdə tutulurdu.
Yeni seçilmiş prezidentin inauqurasiyası yanvarın 20-də baş tutacaq. Hazırda ABŞ prezidentinin səlahiyyətlərini icra edən Donald Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini bəyan edib.