Manşet

Sabir Rüstəmxanlı: “Eldəniz Səlimovun mandatı da ləğv oluna bilər”

Məzahir Abdurahmanov
31 İyul, 2021
257

Açıq mənbələrdən götürülüb

“Polis dövlət deməkdir. Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq sayılır. Polisə əl qaldıran adamın mən nə deputatlığlını, nə də özünü qəbul edirəm”. 

Deputat Aqil Abbas “Toplum TV”-yə açıqlamasında həmkarı Eldəniz Səlimovun Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşını döyməsinə münasibət bildirərkən belə deyib.

Aqil Abbas - BBC

İyulun 30-da E.Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi döydüyü barədə məlumat yayılıb. 

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Baş Prokurorluqda bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi başlanıb. 

İyilun 31-də Baş prokuror Kamran Əliyev E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisə təqdimat göndərib.

Təqdimata parlamentin 3 avqustda keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında baxılacaq.
A.Abbas deyir ki, hadisənin necə baş verdiyi məlum deyil: “Hələ istintaq araşdırması gedir.  Baş Prokrorluq toxunulmazlığını ləğv olunmasını ona görə istəyir ki, deputat ifadə verə bilməz, polisə çağırıla bilməz. Toxunulmazlığın ləğvindən sonra onu istintaqa cəlb edəcəklər. Ola bilər ki, mandatı da ləğv olsun”.

Deputat Sabir Rüstəmxanlı da polisi döyməyin yolverilməz olduğunu düşünür:

“İstər millət vəkili olsun, istər hər hansı vəzifə sahibi, heç kim vətəndaşa qarşı belə kobudluq etməməlidir. Polis əməkdaşına qarşısa heç olmaz. Çünki onlar dövlətin hüquqlarını  qoruyan, çətin şəraitdə fəaliyyət göstərən şəxslərdir”. 

Fazil Mustafa isə deyir ki, toxunulmazlığın ləğviylə bağlı təqdimat verilməsi  çox ciddi məsələdir: 

Fazil Mustafa - Sosial media 


“Kifayət qədər əsas olmasaydı, Baş Prokrorluq bu addımı atmazdı. Məsələ kifayət qədər araşdırılaraq belə hüquqi nəticəyə gəlinibsə, deməli, hadisənin törədilməsi təsdiqini tapıb”.image widgetmage widgetimage widgetimage widget

Manşet

Belarus vətəndaşı Rusiyada “ömürlük arzuolunmaz şəxs” elan edildi

30 Avqust 2021

İdrak Mirzəlizadə - Açıq mənbələrdən götürülüb

Rusiya Daxili İşlər Nazirliyi stendapçı komik İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib.  Bu barədə Lenta.ru xəbər verir. “İdrak Mirzəlizadə öz publik çıxışında rus millətinə mənsub şəxslərə qarşı nifrət və düşmənçilik aşılayan ifadələrə yol verib. Buna görə də onun Rusiya Federasiyası ərazisində olması digər şəxslərin hüquqlarına və qanuni maraqlarına, ictimai asayişə təhdid kimi qəbul edilir”, - DİN saytında yazılır.  Mirzəlizadə Yutub şəbəkəsində “Razqonı” adlı yumoristik verilişdə səsləndirdiyi zarafata görə Rusiya İXM-nin 20.3.1 (nifrət və ya düşmənçiliyin oyatma, eləcə də insan ləyaqətinin alçaldılması) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdu və avqustun 9-da 10 sutka həbsə məhkum edilmişdi. Belarus vətəndaşı olan İdrak...
Manşet

Əlil: "Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi"

30 Avqust 2021

Meydan TV

"Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”  "Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə... Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.  Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.  "280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”  Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına...
Seçilmiş Videolar