e-huquq.az
İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb.
Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.
Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...
"Yüksək vəzifəli məmurlardan birinin sayəsində..."
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildən Dövlət Təhlükəsizlik Xidməti) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edib.
Məhkəmənin başladığı ilk vaxtlardan (8 ay) hakim media nümayəndələrini məhkəmə salonuna buraxmır.
Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur.
Yalnız Mövlam Şıxəliyev dəmir...