Manşet
Tramp fövqəladə vəziyyət elan etdi
12 Yanvar, 2021
Baxış: 50
FOTO: "Röyters"

ABŞ-da prezidenti səlahiyyətlərini icra edən Donald Tramp Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə görə, paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edib. 

Bu barədə yerli vaxtla yanvarın 11-də Ağ Evdən məlumat verilib. 

Co Baydenin andiçmə mərasimində təhlükəsizliyin təminatı ilə əlaqədar olaraq, Kolumbiya dairəsinə əlavə federal yardım göstəriləcək. Bununla yanaşı, Tramp Daxişi İşlər Nazirliyinə və Fövqəladə Hallar üzrə Federal Agentliyə "fəlakət" anında təcili yardımın göstərilməsindən ötrü bütün qüvvələri koordinasiya etmək üçün əlavə səlahiyyətlər verib. Bəyanatda bu addımların yerli əhalinin narahatlıqlarının aradan qaldırılmasına və Kolumbiya dairəsində fəlakət təhdidinin qarşısının alınmasına xidmət edəcəyi bildirilib. 

Vaşinqton şəhərinin meriyası öz növbəsində ölkənin digər bölgələrində yaşayan amerikalıları Co Baydenin andiçmə mərasimində iştirak etmək üçün paytaxta səfər etməməyi məsləhət görüb.
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar