Donald Tramp
FOTO: BBC
Tərəfdarlarıyla görüşmək üçün yerli vaxtla yanvarın 12-də Texas ştatının Alama şəhərinə səfər edən Donald Tramp jurnalistlərə açıqlamasında özünün impiçment olunması məsələsinə aydınlıq gətirib.
Bu barədə CNBC məlumat verib.
Tramp impiçment məsələsinin gündəmə gətirilməsindən qəzəbləndiyini deyib və əlavə edib ki, bu, ölkə üçün də təhlükəlidir və böyük qəzəbə səbəb ola bilər. O, impiçment məsələsini qaldırmaqla demokratların "siyasət tarixində böyük cadugər ovunu" davam etdirdiklərini bildirib. Bununla yanaşı, fəaliyyətdə olan prezident "zorakılıq istəmədiyini" də dilə gətirib.
Kapitoliyə hücumda özünün hansısa məsuliyyət daşıyıb-daşımaması barədə suala cavab verərkən isə Tramp deyib ki, həmin gün onun sözləri "tamamilə yerində" olub.