Manşet
Türkiyə Avropa Birliyinin qətnaməsini qınadı: “Reallığa uyğun deyil”
27 Noyabr, 2020
Baxış: 154
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib ki, ölkəsi Avropa parlamentinin Ankara və qismən tanınan Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı qətnaməsini "reallıqdan kənar” hesab edir. Bu barədə noyabrın 27-də "RİA Novosti" xəbər verib. 

Avropa parlamenti cümə axşamı Kiprlə bağlı mövqeyinə görə, Türkiyəyə qarşı sanksiyalara çağırıb. Türkiyədə isə əmindirlər ki, bu qərar Kinprin yunan icmanısını diktəsi altında qəbul edilib.

"Biz Avropa parlamentinin ölkəmiz və ŞKTR haqqındakı qətnaməsini rədd edirik... Bu qərar, heç şübhəsiz, Kiprin yunan icmasının diktəsi altında qəbul olunub və Avropa parlamentinin Kipr məsələsində reallıqdan nə qədər uzaq olduğunu göstərir”, - XİN sözçüsü deyib.

Rəsmi Ankara bildirib ki, "təhdid və şantajdan çəkinməyərək” özlərinin və Kiprin türk icmasının hüquqlarını müdafiə etməkdə qərarlıdırlar.

"Biz Avropa parlamentini və Avropa Birliyini Kiprdəki reallıqları və orada türk icmasının mövcudluğunu nəzərə almağa, eləcə də AB-ni Kipr türkləri qarşısında öhdəliklərini yerinə yetirməyə çağırırıq”,  - deyə Aksoy bildirib.

Son zamanlar Ankara və Afina arasında münasibətlər xeyli kəskinləşib. Bu Türkiyənin "Oruc Reis” gəmisinin Aralıq dənizinin şərqində, Yunanıstanın özünün müstəsna iqtisadi zonası saydığı ərazidə seysmik tədqiqatlar aparması ilə izah olunur. Yunanıstan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Türkiyə həm də Kipr yaxınlığında tədqiqat aparır.
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar