Manşet
Türkiyədə tibb işçilərinin və yaşlıların vaksinasiyası başladı
14 Yanvar, 2021
Baxış: 67
FOTO: Milliyet.com.tr

Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verildikdən əhalinin kütləvi peyvəndlənməsi prosesinə başlanılıb. 

"Hürriyyet" qəzetinin yanvarın 14-də verdiyi xəbərə görə, ilk mərhələdə səhiyyə işçilərininin və yaşı 65-dən yuxarı olan kəslərin vaksinasiyasına start verilib. 

İstanbul şəhərində ilk peyvənd Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə tətbiq edilib.

Vaksinasiyanı əhali arasında təşviq etmək üçün Türkiyənin səhiyyə naziri Fahrettin Koca bir gün əvvəl canlı yayımda peyvənd olunmuşdu.
Manşet
ABŞ koronavirusa görə Çini günahlandırır
17 Yanvar 2021
ABŞ Departamentinin binası, Vaşinqton D.S. FOTO: unian.info    "Pekin virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edən çinli həkimləri, alimləri və jurnalistləri cəzalandırdı" "ABŞ dəfələrlə COVID-19-un mənşəyi ilə bağlı şəffaf və hərtərəfli araşdırmaya çağırıb. Bu, pandemiyanın mənşəyini anlamaq, qlobal xalq sağlamlığı, iqtisadi bərpa və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - ABŞ Dövlət Departamentinin bəyanatında belə qeyd edilir. Bildirilir ki, bu həftə Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) istintaq qrupunun həyati işinə kömək etmək üçün ABŞ hökuməti 2019-cu ildə Çinin dövlət laboratoriyaları daxilindəki fəaliyyətlərlə əlaqədar yeni məlumatlar paylaşır: "Xüsusilə, ÜST-ü aşağıdakıları həll etmək üçün Çin hökumətini sıxmağa çağırırıq". Bəyanatda Vuhan Virusologiya İnstitutundakı xəstəliklər barədə...
Manşet
İndoneziyada zəlzələ: 50-dən çox ölüm, yüzlərlə yaralı
17 Yanvar 2021
FOTO: CNN   İndoneziyanın Sulavesi adasında cümə günü baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 50-dən çox insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. FOTO: CNN    Xəbəri CNN İndoneziyanın Fəlakət İdarəetmə Agentliyinə istinadən yayıb. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin yaydığı məlumata görə, Cakarta vaxtı ilə 1:28-də baş verən zəlzələnin episentri Majene şəhərindən 6 kilometr (3,7 mil) şimal-şərqdə, 10 kilometr dərinlikdə (6,2 mil) olub. FOTO: CNN    Otuz dörd nəfər zəlzələnin mərkəzində şimalda yerləşən Mamuju şəhərində, digər səkkiz nəfər isə Mene şəhərində ölüb. FOTO: CNN    Ölkənin Milli Fəlakət İdarəetmə Şurası(BNPB) bildirir ki, Majene şəhərində ən az 637 nəfər yaralanıb...
Seçilmiş Videolar