Məhkəmə

“12-ci imam”ın 2 milyon yarımlıq axirət biznesi

Leyli Cəfərova
2 Avqust, 2022
775

Açıq mənbələrdən götürülüb

Özünü Mehdi Sahib əz-Zaman kimi təqdim edən Aqil Babayevə qarşı irəli sürülən ittiham bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə özünü 12-ci imam adlandırmaqla adamların etibarından sui-istifadə etməkdə, bu yolla əmlaklarını və pullarını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin məhkəməsi avqustun 2-də davam edib. İstintaqın gəldiyi nəticələri dövlət ittihamçısı Fuad Musayev səsləndirib.

İttihamda göstərilib ki, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb. 

https://toplum.tv/mehkeme/irana-casusluqda-teqsirlendirilen-sexsin-mehkemesi-basladi

İstintaq müəyyən edib ki,  təşkil etdiyi dini məclislərdə Babayev özünü Yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və yoxsullara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

İttihama görə o, insanları təsir altına salaraq, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir.

Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da istintaqda müəyyən edilib.

İttiham olunan şəxs zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. Aqil Babayev ona deyib ki, lazım gələcəyi vaxtda zühur edəcək.

Anar Aslanov  da verilən vədlərə inanaraq "Hunday Santafe" markalı avtomobil də daxil olmaqla 585 min 300 manatlıq vəsaitini Aqil Babayevə verib.

Zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün ona ümumilikdə 543 min manat verib.

Digər zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün Aqil Babayevə 134 min manat verib.

İş üzrə dəymiş ziyan ümumilkdə 2 milyon 500 min manat təşkil edib.

Aqil Babayev ittihama münasibət bildirərək özünü təqsirli bilmədiyini deyib.

Dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra hakim növbəti məhkəmə iclasını avqustun 23-də təyin etdi. Həmin gün təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə davam edəcək.

Ötən ilin avqustunda Aqil Babayevin həbsindən az sonra onun ailə üzvləri mediaya müraciət edib, ittihamın saxta olduğunu bildirmişdilər. Onların sözlərinə görə, Aqil Babayev dostları tərəfindən şərlənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək  

Esmira Cavadova
26 May 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək.  Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.     Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.     Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.     Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat),  Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi...
Məhkəmə

FHN polkovniki 3 il 6 ay həbsdə qalacaq

Esmira Cavadova
24 May 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevə hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.     Zaur Mirzəyevin qapalı keçirilən məhkəməsi aylardır ki, davam edirdi. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdu.     İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo