Məhkəmə

Ali Məhkəmə Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri barədə qərar qəbul edib 

Leyli Cəfərova
27 Sentyabr, 2022
196

Naxçıvan Muxtar Ali Məhkəməsi Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun azadlığa buraxılması barədə qərar çıxarıb. Bu barədə Toplum TV-yə onun vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarı hələ də icra olunmayıb: “Ali Məhkəmə onun barəsindəki 14 illik həbs cəzasını dəyişərək 6 il 9 ay 20 günə endirib və azadlığa buraxılması barədə qərar çıxarıb. Qərarın icrası ilə bağlı Naxçıvana gəlmişəm və bu gün Vəli Ələsgərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə getmişəm. Qərarın surətini təqdim edib, 3 saatdan çox gözləsəm də, müvəkkilimi azad etmədilər. Bildirdilər ki, Vəli müəllimin azadlığa buraxılması üçün kiminləsə məsləhətləşməlidilər və sentyabrın 28-də səhər saat 9-da yenidən cəzaçəkmə müəssisəsinə gəlməyimi məsləhət gördülər. Ümid edirəm ki, sabah onun azadlığa buraxılmasında heç bir problem yaradılmayacaq”, - vəkil deyib. 

Vəli Ələsgərov 15 il Naxçıvanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib.

Media Vəli Ələsgərovun nazir olduğu dönəmlərdə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində vətəndaşların işgəncələrə məruz qalması, ölüm faktlarıyla bağlı faktlar paylaşıb. Lakin bu faktlar ona qarşı cinayət işinin predmeti olmayıb.

2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra ona qarşı cinayət işi qaldırılıb. Bir müddət həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verdikdən sonra yenidən həbs olunub. Keçmiş nazirin məhkəmələri Naxçıvan Hərbi Məhkəməsində qapalı keçirilib. 2016-cı ilin iyununda 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İbtidai sinif müəllimələrinin məhkəməsi: Direktor müavini sələmə pul verirdi

Leyli Cəfərova
30 Noyabr 2022
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iki müəllimənin məhkəməsi keçirilir. Onlardan biri Nərimanov rayonundakı 200 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Billurə İsmayılova, digərisə Sabunçu rayonundakı 71 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Qocayevadır.  Məhkəmə iclasına  hakim Faiq Qəniyev sədrlik edir.  Müəllimələrə verilən ittihamsa bundan ibarətdir: Billurə İsmayılova həmkarı və tanış olanı Zülfiyyə Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib. İşlədiyi məktəbin direktor müavini Arzu Nəzərovanı Zülfiyyə Qocayevanın köməkliyi ilə Bakıdakı məktəblərin birində direktor təyin etdirəcəyini vəd edib. Buna görə 19 noyabr 2016-cı ildə Arzu Nəzərovanın yaşadığı evin qarşısında ondan 38.000 manat alıb. Sonralar Billurə İsmayılova və Zülfiyyə Qocayeva...
Məhkəmə

Şirkət sahibi Yasamaldakı sosial evlərə görə məhkəmə qarşısındadır

Leyli Cəfərova
30 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərovun mühakiməsi keçirilir. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir. Bu ilin əvvəli sosial şəbəklərdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılmışdı. Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı idi. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər. MİDA məsələ ilə bağlı açıqlama vermişdi ki, həmin binalar “KAT Holdinq” MMC ilə...

Seçilmiş Videolar

Toplum TV loqo