Məhkəmə

Alimpaşa Məmmədovun işi: İsraf etməmişəm, prezidentin tapşırığını yerinə yetirmişəm

Leyli Cəfərova
24 Noyabr, 2022
134

Toplum tv - Alimpaşa Məmmədov

Şəmkirin keçmiş icra başçısının mənimsəmə, rüşvət və israf maddələri ilə məhkəmə prosesi başlayıb.

“Mənimsəmə, rüşvətalma, israfetmə ittihamlarını qəbul etmirəm. Möhtərəm prezidentimizin bizə tapşırığı olmuşdu ki, nəyin bahasına olursa olsun, aztəminatlı ailələr razı salınmalıdır. Mən də prezidentin tapşırığını yerinə yetirmişəm”.

Bunu noyabrın 24-də keçirilən məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov deyib.

Cinayət Məcəlləsinin bir neçə maddəsiylə ittiham olunan keçmiş icra başçısının məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilir. Məhkəmə iclasına hakim Nural Əliyev sədrlik edir.

Bu günkü məhkəmə iclasında Alimpaşa Məmmədov sərbəst ifadə verib. O, ifadəsinə başlayanda özünü təqsirli bildiyini deyib. Ancaq çıxışının davamında – epizodlar üzrə bir-bir danışanda rüşvət, israfetmə, mənimsəmə ittihamlarını qəbul etməyib.

Nazirin rayona “təhkim” olunması

Ümumiyyətlə, keçmiş icra başçısının sərbəst ifadəsinin çox hissəsini Şəmkirdəki şəhid, əlil və aztəminatlı ailələrə qayğı göstərməsi barədə geninə-boluna dedikləri olub. Keçmiş icra başçısı ona 225 min manat israfetmə epizodu üzrə danışanda keçmiş vergilər naziri, bu yaxınlardü vəfat etmiş Fazil Məmmədovun adını da çəkib: “Fazil Məmmədov vergilər naziri olduğu müddətdə rayona təhkim olunarkən Şəmkir şəhərinin abad saxlanması ilə əlaqədar yaradılmış “21-ci əsr” müəssisəsi fəaliyyət göstərirdi. O nazir postundan azad edildikdən sonra həmin müəssisənin fəaliyyəti də dayandırıldı. Nəticədə şəhərin təmizliyinə baxan bir müəssisənin 200-dən çox işçisinə əmək haqqı verilmədi. İşçilərə əməkhaqqı olaraq ümumilikdə 180 min manatdan çox borc yaranmışdı.

Siyasi israf

Fazil Məmmədov işdən azad ediləndən sonra həmin bu 200-dən çox işçi öz ailə üzvlərini də topladı, bu da təqribən 1000 nəfərdən çox adam oldu, Şəmkirdən keçən magistral yolu bağladılar. Mən onların qarşısına keçərək onları işlə təmin edəcəyimi, 6 ay müddətində hissə-hissə olmaqla 180 min manat borcu onlara qaytaracağımı boynuma çəkdim. Həmin problemi daxili vəsaitlər hesabına həll etdim. Hətta həmin vəsaitlər hesabına yaxınlarını da işlə təmin etdim və maaş verdim. Ancaq istintaq orqanı  225 min manat vəsaiti israf olunması adıyla mənim ayağıma yazıb. Mən bu siyasi gedişimə israf adı qoyulmasını qəbul etmirəm. Həmin vəsaitlərin rayonda stabillik yaranmasına xidmət etdiyini bildirirəm. Bu stabilliyi qorumaq prezidentimizin tapşırığı olub. Hörmətli məhkəmə, mən bütün bu gördüyüm işləri sadalamaqla sizə bildirmək istəyirəm ki, mənə verilmiş mənimsəmə, israf etmə, rüşvət almaq ittihamlarını qəbul etmirəm”.

Alimpaşa Məmmədov deyib ki, həbsdə olmasına baxmayaraq, yenə də prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın siyasətini dəstəkləyir.

132 epizodluq rüşvət ittihamı

Sonra keçmiş başçı dövlət ittihamçısının suallarını cavablayıb. Prokuror ona icra hakimiyyətinin illik büdcəsiylə, büdcədən hansı sahələrə nə qədər vəsaitlərin ayrılmasıyla bağlı suallar verib. Əsasən də büdcədə nəzərdə tutulmuş digər xərclər üçün ayrılan vəsaitlərin hansı istiqamətlərə xərclənməsiylə maraqlanıb. Alimpaşa Məmmədov deyib ki, 2014-cü ilin 8 oktyabrından 2021-ci ilin 27 aprelinədək icra başçısı olub.  Hər il icra hakimiyyətinin büdcəsi 20 milyon manat olub. “Bu vəsaitləri rəqəmlərlə deməkdə çətinlik çəkirəm. 2015-2016-cı illərdə təhsil, mədəniyyət büdcələri icra hakimiyyətinin büdcəsindən ayrıldı. Bizim büdcə əsasən rayondakı abadlıq işlərinə nəzərdə tutuldu. 20 milyon manatdan əməkpulunu çıxdıqda digər xərclər üçün 3-4 milyon manat qalırdı. Bu vəsaitlər də müəyyən tikinti işlərinə xərclənirdi.

Prokuror: - 311-ci maddəyə də münasibət bildirin. ayrı-ayrı şəxslərdən, idarələrdən 1 milyon 700 min manat rüşvət almağınızdan söhbət gedir. 132 epizod üzrə rüşvətalma ittihamından... Epizodlarla, məbləğlə razısınız?

Alimpaşa Məmmədov: - Tamamilə razıyam. Heç bir problem yoxdur.

Keçmiş icra hakimiyyətinin başçısı başqa epizodlara da münasibət bildirib və ittihamları qismən qəbul edib.

Alimpaşa Məmmədov prokurorun, vəkillərin və hakimin suallarını cavablandırandan sonra növbəti məhkəmə iclası dekabrın 8-nə təyin olunub.

Tarixçə

Ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunan Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilir. Keçmiş icra başçısı 17 aydır ki, həbsdədir.

İstintaq  zamanı müəyyən edilib ki, Alimpaşa Məmmədov əksər mənimsəmə cinayətlərini oğlunun adına rəsmiləşdirib.

İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub. Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan 1 milyondan çox rüşvət almasıyla bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yoluyla əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əmlaklar

İstintaq dövründə Alimpaşa Məmmədovun ailəsinə məxsus olan bir qisim əmlakların üzərinə həbs qoyulub:

1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)

3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

MTN işi: Mövlam Şıxəliyev yenə məhkəmə qarşısına çıxarılır

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş Prokurorluğun Mövlam Şıxəliyevə qarşı protest vermə müddəti bərpa olunub, iş materialları yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Toplum Tv xəbər verir ki, məhkəmə iclası dekabrın 5-nə təyin edilib. Bakı Hərbi Məhkəməsində sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun cinayət işi üzrə Baş Prokurorluğun protest vermə müddəti bərpa olunub. Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun hüquqi varisi tanınan həyat yoldaşı və digər zərərçəkən Elşən Mədətov apellyasiya şikayəti vermə müddətləri...
Məhkəmə

Səlim Müslümov işində şahid: “20 min manat verib DSMF-nin şöbə müdiri oldum”

Leyli Cəfərova
28 Noyabr 2022
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Faiq Qəniyev sədrlik edir.  Məhkəmə hələ də şahidləri dindirir. Bu günkü məhkəmə prosesində Şükür Osmanov ifadə verərək göstərib ki, əlillər üçün Şabranda 5 fərdi ev tikiblər. Rayon rəhbərliyinin iştirakıyla evlər əlillərə təhvil edilib. Hakim şahidin nəzərinə çatdırıb ki, istintaq zamanı tenderlərdə iştirak edən və onun sahibi olduğu tikinti şirkətində 12 min 201 manatlıq çatışmazlıq aşkar edilib.  Barmaqlar ölən şahidə tuşlanır  Hakim şahiddən Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib-etmədiyini soruşub. Şükür Osmanov cavabında deyib ki, tikinti şirkətnin sahibi Müşfiq Qurbanov (dünyasını dəyişib) olub.  Şahid: - Tenderlərdə də...

Seçilmiş Videolar

Toplum TV loqo