Məhkəmə

Avropa Məhkəməsi Azərbaycanla bağlı 4 qərar elan etdi

10 Noyabr, 2022
754

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edib. 

"Aihmaz.org" saytının məlumatına görə, pis rəftar iddialarının səmərəli araşdırılmaması, mülkiyyət, birləşmək, ədalətli məhkəmə araşdırması hüququnun pozuntularının mübahisələndirildiyi ərizələr birləşdirilib, 4 qərar elan edilib.

Ələsgər Ələsgərov və Başqaları Azərbaycana qarşı qərar 82 ərizə əsasında çıxarılıb. Məhkəmə işinin hallarına görə, 82 ərizəçiyə məxsus olan əmlaklar – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmiş və tikililər sökülmüşdü. Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilmiş və ya başqa əmlak verilmişdi. Ərizəçilərin bəzilərinə isə heç bir kompensasiya məbləği ödənilməmişdi. Hadisələr Abşeron rayonundakı Mehdabad qəsəbəsində baş vermişdi.

https://toplum.tv/arasdirma/qusursuz-cinayet-yoxsa-qusurlu-tehqiqat

Qərara əsasən, məhkəmə 22 ərizəçiyə münasibətdə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayır, Azərbaycan hökuməti 3 ay ərzində bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir.

İsmayıl Bağvanov və Başqaları Azərbaycana qarşı iş Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr bu məhkəmə işinin predmeti idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM bu işdə 14 ərizəni birləşdirib, ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi qərarına gəlib.

Məhkəmə həmçinin, 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanıyıb. Əvvəlki işdə olduğu kimi Məhkəmə, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayır. Qərara əsasən, məhkəmə bu məsələdə qərar vermək hüququnu özündə saxlayır, hökumət 3 ay ərzində müvafiq təqdimat göndərməlidir.

Elman Ağayev Azərbaycana qarşı iş 1979-cu il təvəllüdlü ərizəçiyə qarşı pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlı idi. Ərizəçi 2015-ci ildə “Nardaran hadisələri” zamanı Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilmişdi.

Ərizəçi AİHM qarşısında iddia edirdi ki, saxlanılıb həbs edilən zaman pis rəftara məruz qalıb. Bununla bağlı əlaqəli qurumlara, prokurorluğa şikayətlər edib, ancaq prokurorluq həmin şikayətlər üzrə cinayət işi açmaqdan imtina edən qərar qəbul edib. Yerli məhkəmələrsə, prokurorluğun qərarını qanuni və əsaslı hesab ediblər. Ərizəçi ona münasibətdə Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq) pozulduğunu iddia edirdi.

İşin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 8 min avro ödəməlidir.

Leonid Moroz və Başqaları Azərbaycana qarşı iş dini icmanın qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır. “Yahova Şahidləri” dini icmasının təsisçiləri olan Leonid Moroz və Kiril Stepanov Dini etiqad azadlığı haqqında qanunun qəbulundan sonra qanuna müvafiq olaraq, yenidən qeydiyyat üçün müraciət ediblər. Ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi imtina cavabı verib.

Ərizəçilər AİHM qarşısında din və birləşmək azadlığı hüquqlarının pozulduğunu iddia edirdilər. Onlar həmçinin, 9 və 11-ci maddə ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edirdilər.

Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, ərizəçilər bütün iddialarından geri çəkiliblər, hökumət isə onlara 5500 avro ödəmək öhdəliyi götürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo