Məhkəmə

“Baku Steel Company” işi: Azərboru necə satıldı?

Leyli Cəfərova
7 Oktyabr, 2022
774

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”-nin (Poladəritmə zavodu) sahibi olmuş, şirkətin əlindən alındığını iddia edən Rasim Məmmədovun məhkəməsi davam edib. Məhkəmə indiki mərhələdə şahidləri dindirir.

İlk dindirilən İlham Əliyev olub. O, ifadəsində göstərib ki, əvvəllər “S-Steel” şirkətinin işçisi imiş. Azı 250 işçisi olan şirkət dəmir qırıntılarını alaraq “Baku Steel”ə satmaqla məşğul olub. Onun işi isə bu işçilərin maaş və bonuslarını hesablamaqdan ibarət olub.

Şişirdilmiş rəqəmlər, aqibəti bəlli olmayan pullar...

Prokuror şahiddən metalın ucuz alınıb baha qiymətə rəsmiləşdirilməsi kimi halların olub-olmadığını soruşanda şahid “yox” cavabı verib. Bundan sonra prokuror hakimdən onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş edib. Məlum olub ki, İlham Əliyev ibtidai istintaqa verdiyi ifadəsində sənədlərdə rəqəmlərin şişirdildiyini bildirib. İfadədə o da göstərilib ki, kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. Pulun aqibətisə qaranlıq qalıb.

Ancaq şahid deyib ki, o, istintaqa belə ifadə verməyib: “Düzdür, mən belə ifadə verməmişəm, ancaq imza mənimdir. İfadəni oxumayıb, imzalamışam. Çox vaxt alınan metallara görə satıcılara borclu qalırdıq. Gəlib sonradan pullarını götürürdülər. Ola bilsin ki, müstəntiq metal satıcılarına borclu qaldığımız məbləği şirkətin kassasından artıq çıxarılma kimi qeyd edib”.

O da məlum olub ki, İlham Əliyev “S-Steel”in işçisi olsa da, sonradan “Baku Steel Company”nin əməkdaşı kimi rəsmiləşdirilib.

Rasim Məmmədovdan şahidə bir “sağ ol”

Şahidi dinləyən Rasim Məmmədov ona təşəkkür edib: “Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə danışdı burada. Sağ olsun. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu. Burada üzümə duranların əksəriyyətinə mən “atalıq” eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə dayanacaq”.

Sonra məhkəmə “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirovu dindirib. Şahid ifadəsində bildirib ki, zavodda istehsalatla rekonstruksiya arasında koordinator olub: “Zavodda rekonstruksiya işləri aparılırdı, köhnə metal konstruksiyalar sökülür, yararsız metallar yük maşınlarına yığılıb “Baku Steel Company”yə göndərilirdi. Zavod “Baku Stel Company”nin idi. Elə metalları da şirkətin öz maşınları daşıyırdı. Daşınma məsələlərinə mən baxmırdım deyə, nə qədər metal aparılmasından xəbərim yoxdur. Darvazada gözətçilər vardı, gəlib-gedən maşınlara onlar baxırdı”.

Saxladım Kamazı qarşısında...

Ancaq Azad Əmirovun istintaqa verdiyi ifadəsi elan ediləndə məlum oldu ki, o, “Azərboru”dan “Baku Steel Company”ə ümumilikdə 120 min ton dəmir daşındığını yazıb. Məhkəmədə isə bunu təkzib etdi. Dedi ki, istintaqa belə söz deməyib və yazmayıb.

Rasim Məmmədovsa deyib ki, 120 min ton kifayət qədər iri həcmdir və “Azərboru”nun ərazisində heç vaxt bu qədər metal olmayıb, olması da mümkün deyildi: “Təsəvvür edin ki, “Torqovı”nın o başından bu başına metal qırıntısı yığsan da, yenə 120 min ton eləməz”.

Keçmiş zavod rəhbəri Azad Əmirov ifadəsinə davam edərək, “Azərboru”nun əvvəlki vəziyyətindən də danşıb: “O zavodu sökə-sökə pis günə qoymuşdular. Bir gün getdim ora, “KamAZ”ı saxlatdırdım qapısında, dedim, qoymayacam söküb daşıyasız. Məni Prezident Administrasiyasına çağırdılar, getdim, orda vəziyyəti danışdım. Dedilər istəyirsən, al, inkişaf elətdir. Mən də mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”.

Məhkəmənin dindirdiyi daha bir şahidsə “S-Steel”in keçmiş sahə rəisi  Sadıq Həsənov olub. O, məhkəmənin suallarını cavablandırarkən “S-Steel” şirkətinə Yusif Hənifəzadənin qardaşının rəhbərlik etdiyini deyib. (Yusif Hənifəzadə “Azeri Steel”in formal sahibi kimi təqdim olunur. Rasim Məmmədovun ifadələrinə görə, “Baku Steel”in qazandığını bu şirkət əlindən alırmış, sonra yuxarılara ötürürmüş. Amma Rasim Məmmədov pulun kimə ötürüldüyünü deməyə ehtiyat edib).

 Rasim Məmmədova verilən ittihamlardan biri də budur ki, o, müxtəlif şirkətlər, o cümlədən “Azeri Steel”i yaradaraq, “Baku Steel Company”nin istehsal etdiyi məhsulları onlara bazar qiymətindən daha ucuz satıb. Onlar isə ucuz aldıqları məhsulu müştəriyə daha baha satıblar. Bununla da “Baku steel Company”yə milyonlarla ziyan vurulub. Lakin Rasim Məmmədov bu ittihamı qəbul etmir, həmin şirkətlərin ona məxsus olmadığını deyir.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo