Məhkəmə

“Baku Steel”in keçmiş sahibi: “Kontur alverçisini iş başına gətirib, 50 min manat maaş verirdim” 

Leyli Cəfərova
21 Oktyabr, 2022
1103

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsi vəkillərin vəsatətiylə davam edib. 

Vəkillər Rasim Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini, hər iclasdan sonra məhkəmə protokoluyla tanış olmaq və məhkəmədə səsyazısının təmin edilməsini istəyiblər. 

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. 

Sonra Rasim Məmmədov ötən məhkəmə iclasında şahid qismində dindirilmiş Yusif Hənifəzadədən danışıb: “Möhtərəm hakim, o adamla bağlı Maştağadakı Ruhi Xəstəxanaya sorğu göndərin, o adam həmin xəstəxanada qeydiyyatdadır. Gəlib burda üzümə dayanır ki, mənə milyonlarla pul verib”. 

Yusif Hənifəzadə Rasim Məmmədovun dostu və iş ortağı olub. Həm ibtidai istintaqa, həm də məhkəməyə verdiyi ifadələr Rasim Məmmədovu qəzəbləndirib. 

Yusif Hənifəzadə ifadə verərək bildirmişdi ki, Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradıb, zavodlar alıb, onların vasitəsilə də “Baku Steel Company”ə ziyan vurub. 

O, həmin şirkətləri pulyuma vasitəsi adlandırmışdı. 

Demişdi ki, “Baku Steel Company” armaturlarını həmin şirkətlərə ucuz verir, onlar da üstünə marja qoyub satırmış. Bir şirkətin dövriyyəsi şişən kimi Rasim Məmmədov başqasını yaradırmış. 

O həm də demişdi ki, Rasim Məmmədov kassadan pulları “yuxarı” vermək adıyla götürsə də, mənimsəyirmiş. 

Rasim Məmmədov bu günkü məhkəmə iclasında deyib ki, Yusif Hənifəzadə kontur alverçisi olub, onu şirkətdə işlə təmin etməklə hər ay rəsmi 50 min manat maaş verib.   

“Adamın rəsmi maaşı 50 min manat idi. Simkart alverçisi idi, “Baksell”də 1, 2, 3 manata kontur satırdı, gətirib iş başına qoymuşdum”. 

Ötən məhkəmə iclasında Yusif Hənifəzadə onu da demişdi ki, Rasim Məmmədov təcili “yuxarı” pul çatmalıdır adı ilə şirkətin kassasından  350 min manat götürüb. 

Rasim Məmmədovu güdəndə örüb ki, pulu öz evinə aparır. Rasim Məmmədov bu günkü məhkəmə iclasında Yusif Hənifəzadənin dediklərini yalanlayıb: “Deyir, guya 2020-ci ildə dalımca güdüb, məni evimə qədər izləyib. Halbuki mənim maşınım zirehli olub, yol gedə-gedə dörd tərəfi də kamerayla çəkirdi. İkincisi, mən hələ pandemiya başlayandan – 2019-cu ildən Mərdəkandakı bağ evində yaşamışam, onun dediyi evdə yox... Bu adam dəlidir, kostyumu geyindiriblər, əlinə kağızı veriblər, göndəriblər, tapşırıblar ki, nə yazılıb, onu da məhkəmədə oxu”. 

Vəkillər və Rasim Məmmədov məhkəməyə bildiriblər ki, DTX-da dindirilmiş şahidlərdən biri dünyasını dəyişib və istintaq ifadəsinin elan olunmasını istəyiblər. Hakim barəsində danışılan Mehman Hüseynovun ifadəsini elan edib. 

Mərhum Mehman Hüseynov həmin ifadəsində göstərib ki, Rasim Məmmədovla uşaqlıq dostu olub. Sonralar maşın ustası işləyəndə Rasim Məmmədov bir neçə dəfə atasının maşınını təmir üçün onun yanına gətirib. 

2006-2007-ci illərdə Rasim Məmmədov ona “Oksford” məktəbinin tikinti işlərinə rəhbərlik etməyi tapşırıb. Buna görə ona 900 manat maaş verib, sonralar maaşı 3 min manata çatıb. 

Şahidin ifadəsindən: “... Çingiz də uşaqlıq dostumuz olub. Bir gün Çingiz məndən şəxsiyyət vəsiqəmi istədi, verdim. Bir müddətdən sonra xəbər tutdum ki, adıma “Royal Steel” MMC yaradılıb. Mən şirkətin heç bir işinə qarışmırdım, hərdən sənədlər imzalayırdım. Sonradan bilmişəm ki, Rasim Məmmədov bu şirkətdən 1 milyon 150 min manat pul qazanıbmış". 

Rasim Məmmədov məhkəməyə bildirib ki, həmin MMC ilə heç bir bağlılığı olmayıb: “Mehman dostum olub, ancaq mən onunla heç vaxt bu şirkət barədə danışmamışam. O şirkətin Tamara adlı mühasibi olub, nədənsə Mehman Hüseynovu dindirən müstəntiq mühasibi çağırıb dindirməyib. Çağırın, o Tamara kimdirsə, gəlsin burda desin görək, 1 milyon 150 min manat görüb, ya yox... O şirkət 2009-2010-cu illərdə işləyib. Bizə demişdilər ki, dəmir qırıntılarını şirkət üzərindən satın, ona görə açılmışdı. Sonra dedilər lazım deyil, bağlandı. Ümumiyyətlə, hərə bir kağız alıb əlinə gəlib ki, Rasimin mənə bu qədər borcu var”.  

Vəkillər də Tamara adlı şəxsin məhkəmədə əlavə şahid kimi dindirilməsini istəyiblər. 

Onlar növbəti məhkəmə iclasında bu vəsatəti yazılı təqdim edəcəklər. Sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçib. 

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. 

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. 

Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo