Məhkəmə

Vəkili gedər-gəlməzə göndərən sual: Hövsan limanının pulunu kim verib?

Leyli Cəfərova
16 Sentyabr, 2022
1746

Vəkil: - Hövsan dəniz limanı kimin olub? Limanın alınmasına pulu kim verib?

Təqsirləndirilən şəxs: - Keçən məhkəmədə biri o sualı verdi, bir də bura gələ bilmədi.

“Baku Steel Company” şirkətinin faktiki sahibi Rasim Məmmədov sentyabrın 16-da öz məhkəməsində sorğulanarkən verdiyi bu cavabla vəkili olan və həbs edilən Elçin Sadıqova işarə vururdu.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən “Baku Steel Company” şirkətinin faktiki sahibi Rasim Məmmədovun mühakiməsi onun vəkillərin və hakimlərin suallarını cavablandırmasıyla davam edib. Bu dəfəki məhkəmə iclasında əvvəlkilərdən fərqli olaraq Rasim Məmmədov əvvəlki iclaslardan fərqli olaraq nə ad çəkib, nə də emosiyalı çıxışlar edib. O, vəkillərin və məhkəmənin suallarını təmkinlə, bəzənsə ifadələrinə yumor qatmaqla cavablandırıb.

Məhkəmə iclası başlayan kimi vəkillərdən Pərviz Məmmədov məhkəmə iclasının vəkil Elçin Sadıqovun iştirakı olmadan keçirilməsinə etiraz edib. O bildirib ki, bu məhkəmədə əsas müdafiəçi Elçin Sadıqov olduğuna görə onun iştirakı da vacibdir. Digər vəkil Zibeydə Sadqova və təqsirləndirilən şəxs Rasim Məmmədov etirazı dəstəkləyib. Zərərçəkmişlərin vəkili isə qərar verməyi məhkəmənin mülahizəsinə buraxıb. Prokuror məhkəmə iclasının Elçin Sadıqovun iştirakı olmadan keçirilməsini mümkün sayıb. Hakim bildirib ki, təqsirləndirilən şəxsin başqa vəkilləri də var, məhkəmə iclası davam etdirilməlidir.

Sonra vəkil Pərviz Məmmədov müvəkkilinə suallar verib. Suallar Rasim Məmmədovun cinayət işində adları çəkilən şirkətlərlə münasibətlərini, Baku Steel Company ilə əlaqələrini, zavodun istehsalat, qazanc, xərc məsələlərində iştirakını əhatə edib.

Rasim Məmmədov suallara “Baku Steel Company”yə sahibliyinədək keçdiyi işgüzar yoldan danışıb. Bildirib ki, 2002-2009-cu illərdə Azəri-Çıraq-Günəşli platformasında tikintidə idarə rəisi olub. Həmin vəzifədə işləyərkən yüksək qazanc əldə edib. Hələ 26 yaşındaykən ilk 1 milyon manatını qazanıb.

2007-ci ildə Bakı Oksford Məktəbini icarəyə götürüb, əvvəlcə köhnə binanı təmir edib, sonra yanında məktəb üçün daha bir bina tikib. Bütün bunlara 3 milyon manat xərcləyib. Həmin vaxt tikintiyə armaturu Baku Steel Company-dən alıb. Elə zavodun o vaxtkı direktoru Paolo Pərvizlə tanışlığı da ordan başlayıb. Paolo Pərvizin zavodu satdığını biləndə bir hissəsini almaq qərarına gəlib. Paolo Pərvizlə aralarındakı razılığa əsasın zavodun 25 faizini alıb, 75 faizi isə digər iki əcnəbi alıb.

2009-cu ilin sonunda həmin iki əcnəbi öz paylarını da satmaq üçün ona təklif ediblər:

“Onlar “Balaxanı Oil” yatağını almaq istəyirdi, buna görə onlara kömək etməyimi sitəyirdilər. Zavodun 50, sonra yerdə qalan 25 faizini də aldım, zavodu Əşrəfin adına keçirtdim. Zavod pis gündə idi, yenidən qurulması üçün 100 milyon manat xərclədim”.

Rasim Məmmədov yarızarafat, yarıgerçək onu da dedi ki, əmlaklarını gələcəkdə həbslərdən özünü sığortalamaq üçün başqalarının adına keçirib: “Hər şeyi onun-bunun adına keçirirdim ki, gəlib bura düşməyim, ancaq yenə də burdayam”.

Vəkil Pərviz Məmmədov ondan 32 milyonluq mənimsəmə ittihamına aydınlıq gətirməsini istəyib. Rasim Məmmədov deyib ki, bu epizodla razılaşmır:

“Baku Steel Company” 10 ildə 220 milyon manat, distribütorlar 10 milyon manat qazanıb. Talasaydım elə onu talayardım. “Baku Steel Company”də bütün Azərbaycanda tanınmış şəxslərin qohumları işləyib, mənim o zavodda nəsə oğurlamağım mümkün deyildi, hamı gedib danışardı”.

Vəkil: - Heç olubmu ki, kimsə sizə metal verib və deyib ki, bunu rəsmiləşdirmə?

Rasim Məmmədov: - Mən bu suala cavab vermək istəmirəm.

Rasim Məmmədov onu da deyib ki, çox vaxt istehsal etdiyi armaturu dəyərindən ucuz satmaq məcburiyyətində qalıb:

“Zəng vururdular ki, filankəsə ucuz sat, mən də məcbur olub dedikləri qiymətə satırdım, zərərə düşürdüm”.

Vəkillər bəzi məsələlərə məhkəmədə aydınlıq gətirilməsi üçün bir müddət əvvəl “Baku Steel Company”yə sorğular göndərdiklərini, ancaq hələ də cavablandırılmadığını bildiriblər. Zibeydə Sadıqova deyib ki, Baş Prokurorluğun əməkdaşları ofisdə axtarış apararkən yığıb apardıqları sənədlər arasında həmin sorğuların göndərilməsinə dair qəbzlər də olub. İndi qəbzlərin əldə olmaması ona hüquqi addımlar atmağa imkan vermir.

Zərərçəkmiş tərəfin vəkili Rasim Məmmədovdan Hövsan Dəniz Limanının sahibiylə bağlı maraqlanıb. Limanın alınması üçün pulun kim tərəfindən verildiyini soruşub. Cavab belə olub: “Biri burda onu soruşdu, sonra bura gəlib çıxmadı”.

Bununla bağlı hazırlıq iclasında maraqlanan vəkil Elçin Sadıqov olmuşdu. Vəkil hazırda həbsdədir.

Növbəti məhkəmə iclası sentyabrın 19-u davam edəcək.

 

 

 

 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo