Bələdiyyə sədrinin məhkəməsində şahid: “Bizə 189 min 500 manat zərər vurub”
Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın məhkəməsi davam edir.
Aytac Əliyeva ilə birlikdə bacısı İlknur Turqut da mühakimə olunur. Bələdiyyə sədri həbsdə, bacısı isə ev dustaqlığındadır.
Məhkəmə şahid və zərərçəkmişləri dindirir.
Sonuncu məhkəmə iclasında şahid qismində Zərinə Məmmədova ifadə verib.
O, zərərçəkmiş Gülnaz Məmmədovanın qızıdır.
İttiham aktında göstərilir ki, bələdiyyə sədri Aytac Əliyeva və bacısı İlknur Turqut bu şəxslərə qızış alveri təklif etməklə 189 min 500 manatlarını mənimsəyiblər:
“Aytac Əliyevanı 2021-ci ilin əvvəlində bacım Aygünün vasitəsiylə tanımışıq. Aytac bacıma qızıl alveriylə məşğul olduqlarını demişdi. Dedi ki, bu işdə yaxşı pul var, pulunuz varsa, qoşulun bizə, siz də qazanın. Həmin ilin yanvar-mart aylarında Aytacla İlknura pul verdik. Martın 8-də biz bu qızıl işindən ilk qazancımızı götürməliydik, ancaq olmadı. Bacılar bizi arxayın etdilər ki, martın 21-də qazancımız olacaq, yenə olmadı. Pulumuz da getdi, qazancımız da olmadı”.
Şahid ifadəsində bildirib ki, Aytac və İlknur bacılarına anası, bacısı və onun verdiyi pulun cəmi məbləği 189 min 500 manat olub. Şəxsən o, həmin məbləğin toplanmağı üçün öz evini və maşınını da satıb.
İşin alınmadığını görüb pulu geri tələb edəndə İlknur Turqut şikayət etməmələri üçün onları hədələyib: “Dedi ki, şikayət etsəniz, onsuz da heç nə əldə edə bilməyəcəksiz. Apreldə şikayətimizi etdik. Ancaq elə dediyi kimi də oldu, bizdən aldıqları pullar hələ də özümüzə qaytarılmayıb. Aytac Əliyeva bizə dəymiş zərərin əvəzinə bir torpaq sənədi vermişdi, o sənəd də saxta çıxdı”.
Prokuror şahiddən qazancla bağlı gözləntiləri barədə soruşub.
Şahid deyib ki, 50 min manat qarşılığında 25 min manat qazanc nəzərdə tutublarmış. Şahid əlavə edib ki, İlknur Turkutun onlardan pul aldığını təsdiqləyən videogörüntü də var.
İlknur Turkutsa videogörüntünü məhkəməyə belə izah edib: “Məni gizli çəkiblər. Düzdür, onlara getmişəm, dedilər ki, anam xəstədir, biz sənə anamızın yanında deyəcəyik ki, sənin bizə bu qədər borcun var, sən də təsdiqlə. Mən də anasının vəziyyətini nəzərə alıb, nə dedilərsə, təsdiqlədim. Sonradan bilmişəm ki, özümə qarşı istifadə etmək üçün məni gizli çəkiblərmiş. Mənim bu adamlara bir manat da borcum yoxdur”.
Zərərçəkmiş Gülnaz Məmmədovanın vəkili isə vəsatət verərək ev dustaqlığında olan İlknur Turkut barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini, barəsində həbs qətimkan-tədbiri seçilməsini istəyib.
Vəkil bu vəsatətini İlknur Turkutun zərərçəkmiş və şahidlərə təzyiq göstərməsiylə əsaslandırıb. Hakim hələlik vəsatətə münasibət bildirməyib. Növbəti məhkəmə iclası noyabrın 1-dənə təyin edilib.
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyevayla (Turkut) əlbir olaraq qızıl və torpaq alqı-satqısı adı altında vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. Bacılar ittihamları qismən qəbul edirlər.
Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq
Toplum TV
Sosial media