Məhkəmə

Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edildi

6 Oktyabr, 2022
1008

Açıq mənbələrdən götürülüb

Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanan tənqidləriylə gündəmə gələn Elnur Məmmədov həbs edilib. 

APA xəbər verir ki, bu barədə qərar oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Belə ki, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib.

E.Məmmədov məhkəmə zalında həbs olunub.

https://toplum.tv/mehkeme/new-life-mehkemesi-gedirdi-ifade-vermeye-meyiti-yolda-tapildi

E.Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Arxeoloqun məhkəməsi: “AMEA-dakı pul yeyintilərindən şikayətçi olduq, özümüzü həbs etdilər”  

Leyli Cəfərova
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva məhkəmə qarşısındadır.  Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar. İbtidai istintaqın qənaətinə görə, Gülüstan İsayeva Səbuhi Hüseynovun adına pulların ayrılmasına nail olub. Səbuhi Hüseynov isə ekspedisiyada iştirak etmədən həmin pulları mənimsəyib. Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.    Vəkil Abusəməd Səmədov məhkəməyə işin...
Məhkəmə

Gömrükçülər məhkəmə qarşısına çıxarılır  

Leyli Cəfərova
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Toplum TV-nin xəbərinə görə, cinayət materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası aprelin 10-na təyin edilib.  https://toplum.tv/mehkeme/pldquomtn-isirdquonde-zererccedileken-ldquooglum-moumlvlam-sixeliyeve-pulu-idman-ccedilantasinda-getirmisdirdquonbspp   Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsinin birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi deyilir.     Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz...

Seçilmiş Videolar

Toplum TV loqo