Məhkəmə

Elçin Sadıqov Rasim Məmmədovun müdafiəsindən kənarlaşdırıldı - YENİLƏNİB

Roza Məmmədova
14 Oktyabr, 2022
573

Bakı Ağır Cinayətlər Məhkəməsi vəkil Elçin Sadıqovun "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun müdafiəsindən kənarlaşdırılması barədə qərar qəbul edib.

Rasim Məmmədov isə qərara münasibətində deyib ki, məhkəməyə buraxılmayan vəkili onun Dövlət Təhlükəsizliyi Xidmətində görüşür. 

Rasim Məmmədov qərarı absurd adlandırıb. 

13:17

Vəkil Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadığını deyir.

Bu barədə vəkil oktyabrın 14-də “Feysbuk” hesabında yazıb.

“Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmədovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram. Bəylər müəllim, xahiş edirəm ki, məhkəmələrə deyin, məni buraxsınlar. Vəkillik inkişaf edir”, - deyə o bildirib. 

“Toplum TV” sözügedən məsələyə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun münasibətini öyrənib.

Kollegiya sədri bildirib ki, bu barədə məlumatsızdır: “Elçin Sadıqovun özünə sual ünvanlayın. Məsələ ilə tanış deyiləm, mənə bu barədə müraciət etməyib. Nə vaxt müraciət edər, onda fikirimi bildirəcəyəm”. 

Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkilin həbsdə qalması üçün əsas olmadığını bildirib və onu ev dustaqlığına buraxıb. Lakin cinayət işinə xitam verilməsi ilə bağlı hissə təmin olunmayıb.

Elçin Sadıqov "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkilliyini edirdi.

Rasim Məmmədov  sentyabrın 5-i baş tutan məhkəməsində Ramiz Mehdiyev və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun adını çəkmiş onlarla ilkin razılaşdırmalar apardığını demişdi. 

Sonrakı ifadələrində R.Məmmədov daha fərqli açıqlama vermişdi: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".

Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. 

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo