Açıq mənbələrdən götürülüb
Ali Məhkəmə iqtisadi cinayətlər ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin keçmiş baş prokuroru Eldar Həsənovun kassasiya şikayətini qismən təmin edib.
"Turan" bildirir ki, bu barədə vəkil Cavad Cavadov bildirib. Vəkilin verdiyi məlumata görə, Ali Məhkəmə Həsənovun üç övladının - Anar Həsənov, Emiliya Qurbanova və Səbinə Hüseynovanın əmlakının müsadirə edilməsi haqqında qərarı ləğv edib.
https://toplum.tv/multimedia/ali-mehkeme-eli-eliyevle-bagli-qerar-verdi
Eyni zamanda sabiq baş prokurorun həyat yoldaşı Elmira Həsənovanın əmlakının bir hissəsinin müsadirəsi barədə qərar ləğv edilib.
"Cəza haqqında hökm isə qüvvədə qalıb və ondan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək", - deyə Cavadov bildirib.
Eldar Həsənov 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən XİN-in Konsulluq Xidmətinin bir neçə digər işçisi ilə birlikdə həbs edilib.
Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu CM-in 179.3.2 (mənimsəmə və israf), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitindən təyinatı üzrə olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib və onu 10 il müddətinə azadlıqdan məhrum edib. Apreldə Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Həsənovla eyni zamanda həbs edilmiş bənzər miqyasda oğurluqda ittiham olunan XİN-in digər üç yüksək vəzifəli əməkdaşı çox qısa müddət sonra həbsdən azad edilib və sonradan şərti cəzaya məhkum edilib.
Həsənov özü məhkəmədə bildirib ki, Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndələri tərəfindən ona qarşı fitnələrinin qurbanı olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb
İrana casusluqda ittiham olunan şəxslərin istintaq işi yekunlaşıb
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır