Açıq mənbələrdən götürülüb
Əli Əliyev
Bu gün, noyabrın 22-də Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi hökmün elanıyla başa çatıb. Məhkəmə partiya sədrini növbəti dəfə 3 il 6 müddətinə azadlıqdan məhrum edib.
Bu, Əli Əliyevin son bir il ərzində qurulan dördüncü məhkəməsi idi. Bundan əvvəl - 2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib.
https://toplum.tv/qaynar-xett/zaqatala-sakini-rayon-polis-sobesinden-sikayetcidir
Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib.
Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Həmin hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb. Ramiz Göyüşov həmin iddia ərizəsində bildirmişdi ki, partiya sədri "Bumerang” internet televiziyasına müsahibəsində onu təhqir edib. (Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb). Beləcə, VİP sədrinin həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılmışdı. Partiya sədri Bakı İstintaq Təcridxanasının təklifiylə elə təcridxanada kitabxanaçı işini qəbul etmişdi, cəzaçəkmə müəssisəsinə köçürülməmişdi.
Bu dəfə partiya sədri kamera yoldaşına xəsarət yetirməkdə təqsirləndirilib. İttihama görə, Əli Əliyev kamera yoldaşı olan və təcridxananın təsərrüfatında çalışan Zabit Nəzərovdan kameranı yşğışdırmağı tələb edib. Tələbi yerinə yetirilmədiyi üçün onu döyüb. Əli Əliyevdə məhkəmədə ittihamları rədd edib. O, bu mühakiməni növbəti dəfə siyasi fəaliyyətinə qarşı yönəlmiş qondarma hesab etdiyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi
Açıq mənbələrdən götürülüb