Məhkəmə

Əli Əliyevə yeni ittiham

Leyli Cəfərova
14 Oktyabr, 2022
584

VİP sədri indi də kamera yoldaşını döyməkdə ittiham olunur.

Bakı İstintaq Təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Rzayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası oktyabrın 27-nə təyin edilib.

İttihama görə, Ə.Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək ona xəsarət yetirib. 

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. 

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo