Blogger, LGBTQ fəalı Əvəz Hafizlinin amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə araşdırması sona çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs, mərhumun əmisi oğlu Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum edilib.
Qatilə yüngül cəza verilməsini deyən LGBTQ fəalları məhkəmə önündə etiraz aksiyası keçirib.
24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
İstintaqı aparan Sabunçu Rayon Prokurorluğu qətldə ağırlaşdırıcı elementlərin olmasına baxmayaraq, cinayəti Cinayət Məcəllisinin 120-1 maddəsi ilə tövsif edib. Prokuror məhkəmədə 10 il 6 ay həbs cəzası istəmişdi.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb