Açıq mənbələrdən götürülüb
“Xural TV”-nin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı bu gün Binəqədi rayon Məhkəməsinə verilən vəsatətə baxılıb. Hakim Vüsal Tağıyev Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.
Bu barədə vəkili Aqil Layic məlumat verib.
Jurnalist Əvəz Zeynallı sentyabrın 10-dan 11-nə keçən gecə vəkili Elçin Sadıqovla birgə saxlanılıb. Əvəz Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqda, Elçin Sadıqov isə buna vasitəçi olmaqda təqsirləndirilirdi. Rüşvət iddiasını "haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev öz "feysbuk" səhifəsində yaymışdı. Bundan sonra Baş prokurorluq iddiaların araşdırılacağını bildirmişdi.
https://toplum.tv/mehkeme/mtn-isi-movlam-sixeliyev-ve-adamlarina-hokm-oxudu
Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.
Əvəz Zeynallı və Elçin Sadıqov ittihamı qəbul etməyiblər. Hər ikisi bu ittihamların peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür