Məhkəmə

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı

Samirə Əli
21 Sentyabr, 2022
171

Açıq mənbələrdən götürülüb

“Xural TV”-nin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı  bu gün Binəqədi rayon Məhkəməsinə verilən vəsatətə baxılıb.  Hakim Vüsal Tağıyev Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. 

Bu barədə vəkili Aqil Layic məlumat verib.
 
Jurnalist Əvəz Zeynallı sentyabrın 10-dan 11-nə keçən gecə vəkili  Elçin Sadıqovla birgə saxlanılıb. Əvəz Zeynallı "Baku Steel Company"-nin sabiq rəhbəri, həbs olunmuş iş adamı Rasim Məmmədovun ailəsindən hədə-qorxu yoluyla rüşvət almaqda, Elçin Sadıqov isə buna vasitəçi olmaqda təqsirləndirilirdi. Rüşvət iddiasını "haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev öz "feysbuk" səhifəsində yaymışdı. Bundan sonra Baş prokurorluq iddiaların araşdırılacağını bildirmişdi. 

https://toplum.tv/mehkeme/mtn-isi-movlam-sixeliyev-ve-adamlarina-hokm-oxudu

Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib. 

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamı qəbul etməyiblər. Hər ikisi  bu ittihamların  peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər.

Məhkəmə

“Nərmin işi”ndə vəkil: Məhkəmə ziddiyyətli ifadələrin arasında qalıb

Leyli Cəfərova
29 Sentyabr 2022
Sentyabrın 28-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı öldürərək meyitini yandırmaqda təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib.  Məhkəmə sənədləri tədqiq edir.  Bu gün Cinayət işindəki 11-ci cildi tədqiq edilib. İlkin Süleymanov və vəkilləri bildiriblər ki, tibbi rəylərdə ciddi ziddiyyətlər var.  İlkin Süleymanov məhkəmənin nəzərinə çatdırıb ki, yandırılmış meyitin başındakı zərbəylə bağlı tibbi rəydə 5 zərbədən söhbət gedir.  Həmin zərbələrdən ikisi dəlib keçmiş və kəllə sümüyünü sındırmış zərbələrdir: “Müstəntiq mənə bir zərbə yazdırıb axı. Bəs qalan zərbələr necə əmələ gəlib”, - deyə İlkin Süleymanov məhkəməyə sual verib.  Vəkillər bildirdilər ki, praktik və məntiqi olaraq yastı...
Məhkəmə

Ali Məhkəmə Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri barədə qərar qəbul edib 

Leyli Cəfərova
27 Sentyabr 2022
Naxçıvan Muxtar Ali Məhkəməsi Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun azadlığa buraxılması barədə qərar çıxarıb. Bu barədə Toplum TV-yə onun vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarı hələ də icra olunmayıb: “Ali Məhkəmə onun barəsindəki 14 illik həbs cəzasını dəyişərək 6 il 9 ay 20 günə endirib və azadlığa buraxılması barədə qərar çıxarıb. Qərarın icrası ilə bağlı Naxçıvana gəlmişəm və bu gün Vəli Ələsgərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə getmişəm. Qərarın surətini təqdim edib, 3 saatdan çox gözləsəm də, müvəkkilimi azad etmədilər. Bildirdilər ki, Vəli müəllimin azadlığa buraxılması üçün kiminləsə məsləhətləşməlidilər və sentyabrın 28-də səhər saat...

Seçilmiş Videolar

Toplum TV loqo