Məhkəmə

Gecə klubundakı partlayışa görə 7 il 6 ayadək cəza istənildi

Leyli Cəfərova
19 Sentyabr, 2022
270

Bu il aprelin 3-də Bakının mərkəzindəki Location gecə klubunda baş vermiş partlayışa görə qurulan məhkəmə yekunlaşmaq üzrədir.

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə görə tutulan 3 nəfərə prokuror cəza istəyib. Dövlət ittihamçısı çıxış edərək məhkəmədən obyekti icarə əsasında işlədən “Merser food” MMC-nin administratoru Rəsul Rəsulova 7 il 6 ay, şirkətin rəsmi təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovun hər birinə isə 5 il 3 ay azadlıqdan məhrumetmə cəzası istəyib. Prokuror istəyib ki, ibtidai istintaq və məhkəmə boyu ev dustaqlığında olan FHN əməkdaşı Ruslan Məmmədov məhkəmə zalında həbs olunsun.

Müttəhimlər məhkəmə boyu özlərini təqsirli bilməyiblər. Orxan Səfərov məhkəmə ifadəsində dediyini şahidlər dindiriləndə də dönə-dönə təkrarlayıb: “Məni “Merser food” MMC-nin həmtəsisçisi kimi qeyd ediblər, ancaq mənim bu vəzifəm formal olub. Gecə klubu ilə heç bir əlaqəm olmayıb. O obyektdə cəmi bir dəfə olmuşam. Oranı kim, necə işlədib, xəbərim olmayıb. Ancaq partlayış olan kimi məni tutublar”. Orxan Səfərovun vəkili də ona bəraət verilməsini istəyib.

FHN əməkdaşı məhkəmə iclaslarında deyib ki, gecə klubunun yerləşdiyi əraziyə hadisədən 1 ay öncə təyin edilib: “Hadisə baş verəndə klub heç bir ay deyildi ki, fəaliyyət göstərirdi. Klubun VÖEN-i olmadığına görə orada yoxlama apara bilmirdik. Hadisədən səhər xəbər tutmuşam, heç hadisə yerinə baxış keçiriləndə orada olmamışam”.

Onun vəkili də çıxışında deyib ki, Ruslan Məmmədov hadisə yerində icazəsiz yoxlama apara bilməzdi. Vəkil müvəkkilinə bəraət istəyib.

Digər müttəhim Rəsu Rəsulovun da vəkili ona bəraət istəyib. Vəkil deyib ki, Rəsul Rəsulov orada formal administrator kimi qeyd edilsə də, özünün klubla əlaqəsi olmayıb. Onu aldadaraq məsuliyyəti üzərinə götürməsini istəyiblər, söz veriblər ki, arxasında dayanacaqlar, ancaq sözlərini tutmayıblar.

Sentyabrın 26-da bu iş üzrə sonuncu məhkəmə iclası keçiriləcək, hakim hökmü elan edəcək.

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.  
 
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.  
 
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.  
 
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan, iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi - klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.  
 
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.  
 
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.  

Cinayət işi üzrə 53 nəfər  zərərçəkmiş qismində tanınıb.  
Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.  
O, həmin partlayışda ağır xəsarət alıb.  
Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.   


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo