Məhkəmə

İbtidai sinif müəllimələrinin məhkəməsi: Direktor müavini sələmə pul verirdi

30 Noyabr, 2022
845

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iki müəllimənin məhkəməsi keçirilir.

Onlardan biri Nərimanov rayonundakı 200 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Billurə İsmayılova, digərisə Sabunçu rayonundakı 71 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Qocayevadır. 
Məhkəmə iclasına  hakim Faiq Qəniyev sədrlik edir. 

Müəllimələrə verilən ittihamsa bundan ibarətdir: Billurə İsmayılova həmkarı və tanış olanı Zülfiyyə Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib. İşlədiyi məktəbin direktor müavini Arzu Nəzərovanı Zülfiyyə Qocayevanın köməkliyi ilə Bakıdakı məktəblərin birində direktor təyin etdirəcəyini vəd edib. Buna görə 19 noyabr 2016-cı ildə Arzu Nəzərovanın yaşadığı evin qarşısında ondan 38.000 manat alıb. Sonralar Billurə İsmayılova və Zülfiyyə Qocayeva ayrı-ayrı vaxtlarda yenə Arzu Nəzərovadan 73.000 və 7.000 manat alıblar. Arzu Nəzərova onlara direktor təyin olunması üçün ümumilikdə 118 min manat verib. 

Başqa bir epizoda görə isə, hər iki müəllimə-rəfiqə Gülşən Hüseynova ad-soyadlı birinin Ukraynada aldığı magistr təhsilinə dair diplomunu Təhsil Nazirliyində guya vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəymişlər. Sonra da onu Bakıdakı məktəblərdən birinə direktor təyin etdirəcəkmişlər. Onlar buna görə Gülşən Hüseynovadan 17 min manat alıblar. 
İstintaq orqanı tərəfindən Billurə İsmayılova və Zülfiyyə Qocayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Direktor müavini sələmçi idi” 

Billurə İsmayılova ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, işlədiyi məktəbin direktor müavini Arzu Nəzərova sələmçi olub, aylıq 5 faiz olmaqla sələmə pul verib. O da Arzu Nəzərovaya müştəri toplayıb. Həm özü, həm də qohumları üçün Arzu Nəzərovadan bir neçə dəfə sələmə pul götürüb. 2016-cı ildə qardaşı əməliyyat olunanda yenə pula ehtiyacı olub və Arzu Nəzərovadan növbəti dəfə sələmə pul götürüb. Ancaq bu dəfə pulları qaytara bilməyib, nəticədə faizlər aybaaş şişib. 23 min manatlıq borc sələmlə birlikdə 40 min manatadək artıb. Hər şey də bundan sonra başlayıb.

Təqsirləndirilən şəxsin ifadəsindən: 
“Arzu məni polis işləyən oğlu Turalla görüşdürdü. Tural anasına olan 40.000 manat borcumun müqabilində 9 nəfərin sənədini göstərdi, dedi, pulu qaytara bilmirsənsə, Təhsil Nazirliyində adam tap, bunları direktor, müəllim vəzifələrinə düzəltdir. O, məni 40 min manatı qaytarmayacağım halda tutduracağıyla hədələdiyi üçün dedikləriylə razılaşdım. Ancaq mənim belə bir imkanım yox idi. Arzu Nəzərovanın da təhdidləri günbəgün artırdı. Başqa məktəbdə müəllimə işləyən rəfiqəm Zülfiyyənin əri polis idi. Zülfiyyədən məsləhət aldım. Vaxt qazanmaq üçün Arzunu aldadırdım ki, vaxt nazirliklə danışıqlar, məsləhətləşmələr gedir. Mən bunu onun pulunu qaytarmağın yollarını axtara-axtara vaxt qazanmaq üçün edirdim ki, şikayətçi olmasın. O isə gedib həm məndən, həm də bu məsələlərdən tamamilə uzaq olan Zülfiyyədən şiayət etdi”. 

“Gülşən də sələmçi idi” 

Təqsirləndirilən şəxs deyib ki, Gülşən Hüseynovanı xeyli müddətdir tanıyır: “Gülşən Nərimanov rayonunda 202 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Onunla təlimdə olduğumuz zaman tanış olmuşam. Dəqiq tarixi xatırlamadığım 2019-cu ilin sentyabrında Zülfiyyə Qocayeva bildirdi ki, ona pul lazımdır, faizə pul verən adam axtarır, belə bir adam tanıyıb-tanımadığımı soruşdu. Mən də tanışım Gülşəndən xahiş etdim ki, Zülfiyyə Qocayevaya lazım olan pulu taparaq versin. Gülşən də aylıq 10 faiz olmaqla 5.000 manat pulu birindən taparaq mənə verəcəyini bildirdi.

2019-cu ilin sentyabrında Gülşənlə Nərimanov rayonunda “Mado” restoranında görüşdük. Orada Gülşən 5.000 manat pulu Zülfiyyəyə verdi. Ondan sonra onların arasında nə söhbət olub, nə alış-veriş olub, bunu bilmirəm”.

Digər təqsirləndirilən Zülfiyyə Qocayeva da ona elan edilmiş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, 2006-cı ildən Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Arzu Nəzərovanı Billurə İsmayılovanın vasitəsiylə sələmçi kimi tanıyıb. Billurə İsmayılova ona Arzu Nəzərovadan hissə-hissə olmaqla cəmi 23.000 manat sələmə pul götürdüyünü, sələmin artaraq 40 min manata çatdığını deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Arzu Nəzərova Billurə İsmayılovanı sıxışdırıb, ondan tələb edib ki, Təhsil Nazirliyində tanış tabıb onu direktor müavini təyin etdirsin. Billurə İsmayılova Arzu Nəzərovanın şikayət edəcəyindən qorxaraq yalana əl atmağa məcbur olub. 

Arzu Nəzərova istintaq orqanı tərəfindən zərərçəkmiş kimi tanınıb. O, ifadəsində göstərib ki, Billurə İsmayılova Təhsil Nazirliyində yüksək vəzifəli şəxsin yanında köməkçi kimi işləyən bir tanışı olduğunu deyib: “Dedi ki, həmin tanışım məni Bakıdakı məktəblərdən birinə direktor təyin etdirmək istəyir, ancaq mənim buna savadım, bacarığım çatmaz. Təklif etdi ki, gəl həmin tanışımla danışım, səni məktəblərdən birinə direktor təyin etdirsin”.  

Arzu Nəzərova ifadəsində göstərib ki, əvvəl razılaşmasa da, sonra bu işin alınması üçün hissə-hissə olmaqla Billurə İsmayılovaya 118 min manat verib. 

Bu iş üzrə növbəti məhkəmə iclası dekabrın 8-nə təyin edilib. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo