Məhkəmə

“İmam Mehdi” danışdı: Biznes şərikimin şər-böhtanına düşmüşəm

7 Sentyabr, 2022
259

"Bunların burada dedikləri cəfəngiyyatdır. Bunlar nə danışırlar? Nə İmam?.. Nə Mehdi?.. Gəlib burda belə danışmalarına təəccüb edirəm".  

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü 12-ci imam kimi təqdim edərək illərboyu insanların inanclarını qazanmaqda və onları aldatmaqda təqsirləndirilən Aqil Babayevin məhkəməsi davam edir. 

Məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edib. 

Toplum TV xəbər verir ki, sentyabrın 6-da növbəti məhkəmə iclasında Aqil Babayev zərərçəkmişlərdən birinin ifadəsi ilə bağlı məhkəmənin suallarını cavablandırıb. 

O, zərərçəkmişərin davranışlarından təəccübləndiyini bildirib.  

Ötən məhkəmə iclasında Şaurma N1 restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxov ifadə verib. 

Bu günsə Aqil Babayev həmin ifadə ətrafında sorğulanıb. 

Natiq Sadıxov Aqil Babayevə zəkat olaraq 173 min manat, şəhid ailələrinə evlər tikilməsi üçünsə 370 min manat verdiyini iddia edib.   

Aqil Babayev zərərçəkmişin yalan danışdığını deyib: “Mən onları nəyə təhrik etmişəm? Nə demişəm? Nə istəmişəm? Bu barədə dəlil-sübut ortaya qoymur. Heç kim də bu barədə dəlil-sübut göstərə bilməz. Natiq Sadıxovla bizim ancaq dostluq münasibətimiz olub. Bu  münasibət son hadisələrə qədər davam edib. Mən tutulandan sonra gəlib özünü zərərçəkmiş kimi tanıtdırıb”.  

Aqil Babayev heç vaxt zəkat yığmadığını deyir. 

Natiq Sadıxova “İbadulla” ləqəbi verdiyi, ancaq buna peşman olduğunu vurğulayır.

“Bu ləqəb “Allaha ibadət edən” deməkdir. Ancaq bu ləqəb Natiq Sadıxova yapışmır, çünki ona qarşı haqsız danışır: “O, yalan danışır, mən heç vaxt özümü imam kimi qələmə verməmişəm. Natiq hədislərdə yazılanları anlamayıb yəqin, ona görə də gəlib burda yalan danışır”.   

Aqil Babayevin sözlərinə görə, hazırda məhkəmədə zərərçəkmiş kimi iştirak edən Anar və Aslan adlı şəxslərin onun Buzovnadakı bağ evinə basqın edib: “Məni mühasirəyə aldılar, hərəkət etməyimə imkan vermədilər. Sonra Aslan şəhərdəki evimə getdi. Evimdən pulları və qızılları götürdü. Oradan bağ evindəkilərə zəng etdi, hər şeyin qaydasında olduğunu dedi. Məni təhdid etdilər ki, bu barədə heç yerə şikayət etməyim. Guya onların hər yerdə adamları var. Şikayət etsəm, mənim üçün pis olacaq. Bu təhdidlər altında malımı, pulumu apardılar".  

Bəs bu boyda həngamə nədən qaynaqlanır? 

Təqdirləndirilən şəxs iddia edib ki, Natiq Sadıxov onun yaxın dostu olmaqla yanaşı, həm də biznes şəriki olub. Bir gün şəriki onun malına, mülkünə sahiblənmək istəyib: “Biznes şərikimin şər, böhtanına düşmüşəm. Mən həbs olunandan sonra Natiq Sadıxov qohumum Vüqar Tağıyevlə görüşüb. Ona tapşırıb ki, get ona de ki, istintaq təcridxanasında səssiz qalsın, hələ indiyədək sağ qalıbsa, şükür eləsin”.  

Aqil Babayev deyib ki, Natiq Sadıxovun ona Xocəsən qəsəbəsində ev tikməyi barədə dedikləri də yalandır: “Guya məni dindar kimi qəbul edir. Deyir ki, Xocəsəndə ev tikib, amma mən bəyənməmişəm. Necə olur ki, Natiq şəhərdə yaşayır, məni özünə böyük kimi qəbul edir. Mənə şəhər də yox, ucaq yerdə ev tikir. Bunun özü belə ağ yalandır”. 

Prokurorun suallarını cavablandıran Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmişlər özləri öz aralarında yığıblar: "Mənim tərəfindən yığılmayıb. Yığılan pullar da ehtiyacı olan şəxslərə siyahı əsasında xərclənib. Elə adam var, ayda 2-3 min, elə adam da var idi ki, 5 min manat ayda zəkkat pulu verirdi. Həmin pulları da mənim qonşum Samir Cəfərov yığıb. Siyahı da onda olub. Samirdən qabaq isə zəkat pullarını Polad Mustafayev yığıb. Bunların hamısı bir-birlərini tanıyıb. Kimin nə problemi var idi, onu da bilirdilər. Bir-birlərinə yardım edirdilər. Zəkat pullarının xərclənməsi ilə bağlı mənə də hesabat verirdilər. Bunu öz aramızda belə qəbul etmişdik. Onlar məni etibarlı şəxs kimi tanıyırdılar. Mən də siyahı üzrə xərclənən pulların hesabatına baxırdım, sonra onların özlərinə qaytarırdım”. 

Təqsirləndirilən şəxs şəhid ailələri üçün evlərin tikitisinin aparılması üçün Natiq Sadıxovdan pul almasıyla bağlı deyiləni də yalanlayıb. 

Deyib ki, həmin evlərin tikintisiylə bağlı Natiq Sadıxovla heç bir müzakirəsi olmayıb.  

Aqil Babayev keçmiş polis işçisi imiş. 

O, 1993-97-ci illərdə Daxili İşlər Nazirliyində işləyib, sonradan bizneslə məşğul olub. 

Biznesini qurmaqda ona dayısı yardımçı olub. 

Əvvəllər dayısı ona kiçik sahəli mənzillər tikib satmaq işini qurmaq üçün 150 min manat verib. 

Sonradan özü biznesini genişləndirib, Bakının müxtəlif yerlərində tikinti işləri görüb.  

Aqil Babayev sorğulanarkən məhkəmə salonunda olan Natiq Sadıxov onun dediklərinə heç bir reaksiya verməyib.  

Hakim növbəti məhkəmə iclasını sentyabrın 13-nə təyin edib.  

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün "Mehdi Sahib əz-zaman" olmasına inandırıb.  

Təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib. 

Axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.  

İttiham aktında qeyd olunub ki, Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. 

Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. 

Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.  

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.  

Bugünkü məhkəmə iclasında Aqil Babayev ittihamları qəbul etməyib və ona qarşı ittihamların, zərərçəkmişlərin qurama olduğunu vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo