İrana casusluqda təqsirləndirilən şəxsin məhkəməsi başladı
Açıq mənbələrdən götürülüb
“Məni DTX həbs edib, istintaqım DTX-da aparılıb, özüm də buraya DTX-nın istintaq təcridxanasından gətirilirəm. Siz də əvvəllər DTX-da işləmisiz, işdə tərəfsiz olacağınıza, ədalətli hökm çıxaracağınıza inanmıram”.
Bunu avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı Səbuhi Səlimov məhkəməyə hazırlıq iclasında hakim Eldar İsmayılova deyib.
Səbuhi Səlimovu 10 ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti həbs edib. O, dövlətə xəyanətdə (CM 274-cü maddəsi) təqsirləndirilir. Səbuhi Səlimova qarşı irəli sürülmüş ittihama görə, o, İrandan maliyyələşərək Azərbaycanda yaşayan imkansız zümrəni ərzaq və pulla ələ alıb, təşkil etdiyi ehsan süfrələrində dövlətə qarşı cihad təbliğatı aparıb.
https://toplum.tv/mehkeme/evez-hafizlinin-qatiline-verilen-hokm-etirazla-qarsilandi
Hakim hazırlıq iclasını açıq elan etdikdən sonra tərəflərin vəsatətləri dinlənilib. Səbuhi Səlimovun ilk vəsatəti hakimə etirazla bağlı olub. O, vəsatətini hakim Eldar İsmayılovun əvvəllər DTX-da işləməsi ilə əlaqələndirib. Digər vəsatətlərdən biri səhhətinə görə barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunması, digərisə DTX İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsiylə bağlı olub. Hakimlər müşavirəyə gedib qayıtdıqdan sonra məhkəmənin vəsatətlərə münasibəti açıqlanıb. Hakim təqsirləndirilən şəxsin yalnız bir vəsatətini – Bakı İstintaq Təcridxanasına köçürülməsini təmin edib.
Məhkəmə iclası avqustun 16-na təyin edilib.
Ailə üzvləri Toplum TV-yə bildiriblər ki, Səbuhi Səlimov İrandan ərzaq gətirib satmaqla və digər ticarət işləriylə, digər ailə üzvlərisə hicab geyimləri tikməklə məşğul olub. Ailə tez-tez ehsan süfrələri təşkil edib, ehtiyaclı ailələrə əl tutub, ancaq bu işçdə heç bir məqsəd güdməyib. Səbuhi Səlimov da dini inancına görə şərləndiyini deyib.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb