İrana casusluqda təqsirləndirildi, 17 il həbsə məhkum edildi
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi başa çatıb.
Toplum Tv-nin müxbiri xəbər verir ki, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Elə bu gün dövlət ittihamçısı da çıxış edərək ona 17 il həbs cəzası istəmişdi. Səbuhi Səlimovun vəkili isə bəraət çıxışı etmişdi.
Səbuhi Səlimov son söz çıxışında bunları deyib: “Mən dövlətə xəyanət etmişəmsə, qanım mənə cəza kəsənlərə halal olsun. Mən dövlətimi sevmişəm, qardaşım da, özüm də Qarabağda döyüşmüşük, yaralanmışıq”.
Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
O, İranın xüsusi xidmət orqanı olan “SEPAH”la əməkdaşlıqda təqsirləndirilirdi.
Məhkəmə boyu ittihamı qəbul etməyib.
Səbuhi Səlimovun həyat yoldaşı Fatimə Səlimova Toplum TV-yə bidlirilib ki, vəkil hökmdən apellyasiya şikayəti verəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi
Açıq mənbələrdən götürülüb