Məhkəmə

Keçmiş vəkilə 8 il cəza verildi

Leyli Cəfərova
10 Oktyabr, 2022
559

Açıq mənbələrdən götürülüb

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş vəkil Vüqar Səfərlinin sonuncu məhkəməsi keçirilib. Hakim Əli Məmmədov hökm elan edib. Vüqar Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar Səfərlinin işi üzrə 17 zərərçəkmiş vardı. O, vəkil işlədiyi dövrdə bu adamları aldadaraq ümumilikdə təxmini 200 min manat vəsaiti mənimsəməkdə təqsirləndirilirdi.

Bu vəkil bir aralar yerli telekanallardan düşmürdü. Müxtəlif sosial verilişlərdə iştirak edir, hüquqi məsləhətlər verirdi. Elə zərərçəkmişlər də buna aldanıblar. Onlar məhkəmədə bildirirdilər ki, vəkili teleekranlardan görüblər, düyünə düşmüş işlərini çözə biləcəyini düşünüblər.

https://toplum.tv/mehkeme/baku-steel-company-isi-azerboru-nece-satildi

İttihama görə, onlar evinə çıxarış almaq, yaxınını həbsdən çıxarmaq və başqa səbəblərlə Vüqar Səfərlinin açdığı vəkil ofisinə yaxınlaşıb, onunla müqavilə bağlayıb, müəyyən məbləğlər ödəyiblər, ancaq hüquqi xidmət görməyiblər, pullarını geri istəyəndə isə vəkil onlardan qaçaq düşüb.

Hələ məhkəmə boyunca hakim Əli Məmmədov təqsirləndirilən şəxsə bir neçə dəfə “özün də görürsən ki, çoxu tək, yaşlı qadınlardır, ödə zərərlərini, günahdır”, deyib. Vüqar Səfərli isə ödəyəcəyinə söz verib.  

Ötən il Vüqar Səfərli həbs olunarkən Vəkillər Kollegiyasının sədri bildirmişdi ki, onunla bağlı vətəndaşlardan şikayətlər gəldiyinə görə Kollegiyadan uzaqlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

"Tərtər işi" üzrə həbs cəzası çəkənin ailəsi baş prokurora müraciət edib

Esmira Cavadova
30 May 2023

Açıq mənbələrdən götürülüb

"Tərtər işi" üzrə daha beş hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.  Beyləqan rayonu, Dünyamalılar kənd sakini Azər Lətifov bu barədə Toplum TV-yə bildirib. O, deyib ki, qardaşı, gizir rütbəli Lətif Lətifov xidmət yoldaşları olmuş Daşqın Heydərov, Zamiq Əlimanov, Elşən Qasımov və Ruslan Cavadovla birlikdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə ediblər. 2016-cı ilin noyabrında dövlətə xəyanət ittihamıyla həbs ediliblər.   Ağır işgəncələrə məruz qalıblar, ailə üzvləriylə hədələniblər. Nəticədə cinayəti “etiraf” etmək məcburiyyətində qalıblar.  Azər Lətifov: "Cinayət işi Respublika Hərbi Prokurorluğu tərəfindən başlanıb, iş üzrə istintaq aparılıb və sonradan qardaşım da daxil...
Məhkəmə

“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək  

Esmira Cavadova
26 May 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək.  Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.     Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.     Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.     Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat),  Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi...

Seçilmiş Videolar

Toplum TV loqo