Məhkəmə

Kikboksinq Federasiyasının vitse-prezidenti məhkəmə qarşısında

Leyli Cəfərova
26 Sentyabr, 2022
296

Bakı Ağır Cinayətlər Məhkəməsində Kikboksinq Federasiyasının vitse-prezidenti olmuş Səbuhi Rəcəb mühakimə edilir. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.

İttihama görə, Səbuhi Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə arxayın edib. Buna görə ondan 250 min manat alıb.

Başqa ittihama görə, o, digər tanışı Səbinə Əliyevadan birlikdə iş görüb qazanc əldə etmək adı altında 40 min manat alıb, qaytarmayıb. Daha bir zərərçəkmişsə Səbuhi Rəcəbin başqa tanışı Günay Əliyevadır. İttihama görə, Səbuhi Rəcəb bu xanımın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirib, ona 51 min manat zərər vurub.

Sentyabrın 26-da məhkəmə zərərçəkmiş Günay Əliyevanı dindirib. O, ifadəsində göstərib ki, Səbuhi Rəcəbə pulu 2022-ci ilin martında iş yoldaşı İbrahimov Eminin vasitəsilə verib:

“Emindən xahiş etdim ki, pulu Səbuhiyə o versin. Semaşkonun yaxınlığında yerləşən “Şiş Kabab” adlı restoranda görüşdük. Orada danışdıq və pulun ofisdə olduğunu dedim. Səbuhi dedi ki, pulu gətir, avtosalonun qarşısında görüşək. 30 min dolları Eminə verdim ki, Səbuhiyə versin. Mən də maşında gözlədim. Səbuhiyə pulu Emin verdi.  Səbuhi demişdi ki, həmin pula kreditlə “Bentley” markalı maşın götürüb, maşını banka qoyub bankdan 150-200 minə qədər pul götürəcək. Pulu verəndən sonrakı günlərdə xəbər ala bilmədim. Pulu Emin verdiyindən, ona zəng edirdim. Açmadıqda evlərinə getdim. Sonra Səbuhi mənə zəng edib Eminin evinə getdiyim üçün məni təhqir etdi. Dedi ki, Emin pulu mənə verib. Cavabdeh mənəm”.

Günay Əliyeva məhkəmənin suallarını cavablandırarkən bildirib ki, ümidini üzəndən sonra Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Emin İbrahimov polisə dəvət edilib: “Emin də gedib polisdə dedi ki, pulu Səbuhiyə yox, başqasına verib. Bir müddət gözlədim, polisdən xəbər çıxmadı. Yaxınlarımla məsləhətləşib DİN-ə şikayət etdim. Emin İbrahimov DİN-ə də çağırıldı. Orda deməsinə görə, Səbuhi ona tapşırıb ki, pulun 50 min yox, 28 min manat olduğunu bildirsin. Yəni səhv izahat versin. Sonra da eşitdim ki, Səbuhi başqa adamlara qarşı da dələduzluq edib və tutulub. Ancaq 2 aydan sonra ev dustaqlığına buraxıldı. Mən pulumu almamış bunu niyə çölə buraxıblar deyə, təzədən hüquq-mühafizə orqanlarına şikayət etdim”.

Zərərçəkmiş məhkəmənin və vəkilin suallarını cavablayıb. Hakim növbəti məhkəmə iclasını oktyabrın 10-na təyin edib.

Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Suriyada döyüşən şəxsin növbəti məhkəməsi keçirilib

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   İttiham aktına görə, dini ləqəbi “Abu Muhəmməd” olan Şahin Salayev Suriya ərazisindəki silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında İdlib şəhərinə gedib. Orada dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, “Taifatul Mansura” adlı qanunsuz silahlı qruplaşmaya qoşulub və 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın tərkibində silahlı münaqişələrdə iştirak edib.  Təqsirləndirilən Şahin Salayev ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində üç dəfə nikah bağladığını, birincinin rəsmi, digər iki nikahın isə qeyri rəsmi...
Məhkəmə

Məhkəmədə ittiham olunan şəxs: Məmurun mənə 4 milyon manat borcu var

Esmira Cavadova
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Hikmət Xəlilov ifadə verib.  O ifadəsində deyib ki, təqsirləndirilən Vahid Xələfovu 2006-cı ildən tanıyır: "Polkovnik dostum bizi tanış etdi. O, dedi ki, qonşum işləmək istəyir, ona kömək edim. Mən də onu SOCAR-da Sosial şöbəsində olan tanıdığımla tanış etdim. Dedim baxın, işindən razı qalsaz, buna da iş verin".  https://toplum.tv/mehkeme/pprokuror-sabiq-icra-basccedilisina-13-illik-hebs-cezasi-teleb-edibnbspp Zərərçəkmiş ona 3 sifariş verdiyini bildirib: "Əvvəl atamın evini, daha sonra oğlumun evini sifariş etdim. Sonradan qardaşım oğlunun evini...

Seçilmiş Videolar

Toplum TV loqo