Məhkəmə

Məhkəmə işi: Türk iş adamı 9 milyon manatı mənimsəməkdə təqsirləndirilir

Leyli Cəfərova
28 Noyabr, 2022
651

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Mehmet Şahan mühakimə olunur. O, “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən təxminən 9 milyon manat pul vəsaitini talamaqda təqsirləndirilir.

Mehmet Şahan “THALES” Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb.

İttiham aktında göstərilib ki, türkiyəli Mehmet Şahan 2014-2021-ci illər ərzində “Thales International Western Counties B.V” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru olub. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu mənimsəyib. O, bunu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib.

https://toplum.tv/mehkeme/mtn-isi-mehkemeye-qaytarilib-generallar-narazidir

Hazırda məhkəmə qarşısına çıxarılan türkiyəli Mehmet Şahan isə ittihamları rədd edir. O, məhkəməyə bildirib ki, “THALES” GROUP aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan elektronika qrupdur. 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir. Bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçu hesab olunur. Axərbaycandakı nümayəndəliyi naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan hava yolları QSC”, Azərbaycan Respublikası Müdafiə nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliten QSC və sair qurumlar var.

Təqsirləndirilən şəxsin ifadəsindən:

“Baş ofis tərəfindən seçilən partnyor şirkət “Modern Constraction Group” MMC tərəfindən əməkdaşlıq etdiyimiz bir neçə MMC-lərlə işləmişik. Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərərfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması (bazar araşdırılması) üçün köçürülüb. O şirkətləri “MCG” MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı Lokal Partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idilər. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə Baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər”.

Mehmeh Şahan ifadəsinə davam edərək bildirib ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib: “Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda - Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5000 avro kirayəhaqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə belə bir şirkətdən gizli 7 işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”  

https://toplum.tv/mehkeme/alimpasa-memmedovun-isi-israf-etmemisem-prezidentin-tapsirigini-yerine-yetirmisem

Mehmet Şahan başına gələnləri ermənilərlə əlaqələndirir: “Bunlar hamısı erməni  lobbisinin və Ermənistan prezidentinin dostu Pyer Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. Əvəzində şirkətin rəhbərliyi həm kompensasiya ödəməmək, həm də bir türk olaraq açıq qərəz nümayiş etdirərək mənə qarşı qondarmaq cinayət işi açılmasına nail oldu. Şikayəti verəndə bütün sənədləri gizlətdilər ki, mən təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni hələ işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu. Məni prezentasiyaya dəvət bəhanəsiylə Madridə çağırdılar. Orada kompüterimi, telefonumu əlimdən aldılar ki, əlimdə heç bir sübutum qalmasın. Çünki, kompüterimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün dəlillər vardı. Kompüterimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri  öz ifadələrində təsdiq edib. Özümü təqsirsiz hesab edirəm. Müstəntiq mənə qarşı qərəzli davranıb, indiyədək həbsdə saxlanmağımı da qanunsuz hesab edirəm”.

Məhkəmə iclası davam edir.

2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeniylə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairənin görkəmli nümayəndəsidir.   


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo