Məhkəmə

Məhkəmə Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırdı

18 Oktyabr, 2022
652

Açıq mənbələrdən götürülüb

Bakı Apellyasiya Məhkəməsi çərşənbə axşamı, oktyabrın 18-də hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırıb. 

"Turan" xəbər verir ki, məhkəmə qərara səbəb kimi Yunus cütlüyünün ölkədə olmamasını göstərib . 

Vəkil Elçin Sadıqovun sözlərinə görə, müdafiə tərəfi onlayn rejimdə müttəhimlərin iştirakı ilə işə baxılmasında israr edib. Müdafiə tərəfi bəraətverici əsaslarla cinayət təqibinə son qoyulmasında təkid edib.

https://toplum.tv/mehkeme/eli-eliyeve-yeni-ittiham

Amma məhkəmə vəsatəti təmin etməyib və Yunusların qızının mənzilinə qoyulmuş həbsi qaldırmayıb.

Vəkil bildirib ki, iş üzrə icraata xitam verilməsinə baxmayaraq, Yunus cütlüyünün cinayət təqibinə xitam verilməyib.

Onlar Azərbaycana gəldiyi və ya onların xaricdə saxlanılması haqqında sorğu verildiyi və Azərbaycana təhvil verildikləri təqdirdə məhkəmə icraatı bərpa edilə bilər.

Xatırlatma

Hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2015-ci ilin yayında iqtisadi cinayətlər və vətənə xəyanət ittihamı ilə həbs edilib.

2015-ci il avqustun 13-də Leyla Yunus 8,5 il müddətinə azadlıqdan məhrum edilib, Arif Yunus isə 7 il həbs cəzası alıb. Onlar ittihamları təkzib ediblər, işin siyasi xarakterli olduğunu bildiriblər.

Beynəlxalq təşkilatların etirazlarından sonra 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Yunuslar barəsində hökmü yüngülləşdirib, həbs cəzasını hər biri barəsində beş il şərti cəza ilə əvəz edib.

2016-cı il aprelin 19-da onlar məhkəmənin razılığı ilə müalicə üçün Azərbaycanı tərk ediblər. Bu il isə Ali Məhkəmə işi təkrarən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb, amma müttəhimlər iştirak etmədiyi üçün işə baxılması təxirə salınıb.

Yunuslar Niderlanddan siyasi sığınacaq alıblar. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi Yunusların təqibinin qanunsuz olduğuna qərar verib.

Onlar barəsində Avropa Konvensiyasının 18-ci (məhdudiyyətlərdən istifadə hədləri) maddəsinin pozulduğu, yəni siyasi motivlər olduğu təsdiq edilib.

Yunusların işi "Anar Məmmədlinin qrupu"nda - Avropa Şurası Nazirlər Komitəsinin Strasburq Məhkəməsinin qərarı ilə tam bəraət verilməsində israr etdiyi fəalların qrupundadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək  

Esmira Cavadova
26 May 2023

Açıq mənbələrdən götürülüb

“Tərtər işi” üzrə işgəncələr yoluyla boynuna dövlətə xəyanət cinayəti qoyulmuş və barələrində müxtəlif müddətlərə həbs hökmü çıxarılmış, sonradan bəraət alaraq zərərçəkmiş kimi tanınmış üç keçmiş hərbçiyə təzminat ödəniləcək.  Toplum TV-nin xəbərinə görə, bu barədə Nəsimi rayon Məhkəməsi qərar verib.     Həmin keçmiş hərbçilər Müşfiq Əhmədli, Zaur Abdullayev və Vəli Xəlilovdur.     Onlar ayrı-ayrılıqda bir neçə ay əvvəl məhkəməyə müraciət ediblər.     Məhkəmə qərar verib ki, Müşfiq Əhmədliyə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat (cəmi 123 min 486 manat),  Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi...
Məhkəmə

FHN polkovniki 3 il 6 ay həbsdə qalacaq

Esmira Cavadova
24 May 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevə hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.     Zaur Mirzəyevin qapalı keçirilən məhkəməsi aylardır ki, davam edirdi. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdu.     İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo