Məhkəmə

Məhkəmə qarşısındakı hakim: “Bütün saxtakarlıqları katibim edib”

Leyli Cəfərova
16 Noyabr, 2022
323

Açıq mənbələrdən götürülüb

Toplum Tv - məhkəmə

“O imzalar mənim deyil. 9 dəfə keçirilmiş ekspertizalarla da mənim imzlarım olmadığı müəyyən edilib. Mənim möhürümlə çıxmış saxta qətnamələrdən xəbərim olmayıb. Bunu katibim edib. Yoxlama gələndə ürəyi getdi, məhkəmənin sədrinə qədər hamı dəhlizdəydi, hamı bunu gördü. Sonra mən ona dedim ki, ay qız, sən mənə hər şeyi olduğu kimi danış, danışmadı, maşından düşüb qaçdı. Müstəntiq də mənə qarşı qərəzli mövqe tutub, məqsədi məni ləkələmək olub”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bir neçə maddəylə ittiham olunan Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi  İlyas Mahmudovun məkəmə prosesi davam edir. İlyas Mahmudov sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə, ədalətsiz qətnamələr, saxta qətnamələr çıxarmaqda, rüşvət almaqda, ittiham olunur.  İlyas Mahmudovsa iddia edir ki, bütün saxtakarlıqları onun adından katibi edib. O, məhkəmə ifadəsində belə deyib.

11 ilin hakimi

İlyas Mahmudov 11 il hakim işləməsindən, hakimlikdən əvvəl Ali Məhkəmənin ayrı-ayrı vaxtlarda bir neçə şöbəsinin müdiri vəzifələrindəki fəaliyyətindən danışıb. O, ittihamı saxta, qərəzli, epizodları qurama adlandırıb. Bildirib ki, bütün saxtakarlıqların başında katibi olmuş Səadət Vəliyeva və məhkəmənin dəftərxana müdiri olmuş İlahi Məmmədli dayanıb.

Keçmiş hakim ondan başlayıb ki, 2018-ci ilin oktyabr ayının sonunda Ədliyyə Nazirliyindən məhkəməyə yoxlama qrupu gəlib: “Dedilər ki, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə mənimlə bağlı şikayət gedib, guya mən vətəndaşların və Zəngilan DSMF-nin nümayəndələrinin iştirakı olmadan 6 saxta qətnamə çıxartmışam. Yoxladılar, gördülər ki, həmin qətnamələr tam qanuni olub, çünki bütün tərəflər məhkəmədə iştirak edib. Bir müddət sonra həmin idarə yenə mənə qarşı qərəzli mövqe tutmağa, əleyhimə izahatlar toplamağa başladı. Bir dəfə getdim gördüm ki, ora xeyli qadın çağırılıb, dedilər, bizi qorxudublar. Əleyhimə ifadələr alıb, nəticədə mənə saxta ittihamlarla cinayət işi açdılar”. 

Rüşvətli torpaq qətnaməsi iddiası

İlyas Mahmudov epizodlar ətrafında danışdıqca müstəntiqin tez-tez ona qarşı qərəzindən da danışıb.

İlyas Mahmudov ittiham olunduğu epizodlar üzrə məhkəmədə ardıcıllıqla danışıb. Məsələn, o, Müşgünaz Şükürovadan digər şəxsin torpaqdan çıxarılmasına dair iddiasını təmin etmək üçün 1000 manat alması epizodu ətrafında bunları danışıb: “Guya Müşgünaz Şükürovanın verdiyi rüşvəti mənə Xavər Alıyeva gətirib çatdırıb. Mən özüm bu işə məəttəl qaldım. Xavər mənim yaxın qohumumun qohumudur. Sumqayıtda maklerliklə məşğul olur. Tanışlığımız var idi, hətta hakimlər üçün Sumqayıtda tikilmiş binadan mənə ev verilmişdi, ondan xahiş eləmişdim ki, o evi satsın. Tez-tez məhkəməyə gəlirdi, söhbətləşirdik, çay içirdik. Yəni mən biləndə ki, Xavər gedib korrupsiya idarəsində belə bir ifadə verib, təəccübləndim. Axı belə bir şey olmayıb. Mən korrupsiyaya gedəndə orda mənimlə bağlı ifadə verməyə çağırılmış xeyli qadın gördüm. Dedilər ki, onları hədələyirlər ki, mənim əleyhimə danışsınlar”. 

İşıq borcunun rüşvətlə silinməsi iddiası

İttihamlardan biri ondan ibarətdir ki, İlyas Mahmudov Sumqayıt Şəhər Məhkəməsində işlədiyi müddətdə 2008-2019-cu illərdə icraatında olan bir neçə mülki iş üzrə rüşvət alaraq ədalətsiz qərar çıxarıb. Belə qərarlardan biri iddiaya görə, vətəndaş Həcər Hacıyevanın “Azərişığ”a qarşı borcun silinməsi ilə bağlı olub. Keçmiş hakim həmin borcu silmək üçün vətəndaşdan 250 manat rüşvət almaqda təqsirləndirilir. İlyas Mahmudov bu ittihamı rədd edib: “Özü də guya həmin vətəndaş özü yox, oğlu Vüsal Hacıyev verib mənə rüşvəti... Mən onu orda (Korrupsiyaya qarşı mübarizə idarəsində) gördüm, dedi ki, məni İlahi gətirib ki, ərizə yazım. Dedim, sən belə bir işə niyə razılıq vermisən? Dedi, çünki bundan əvvəl mənim 10 min manatlıq iddiamı təmin etməmisiz, mən də sizdən belə şikayət etdim. Dedim, bax oğlum, sənin dediyin o 10 min manatlıq iddianı qismən təmin etmişdim, sənə 3500 manat ödənilməsi ilə bağlı qətnamə çıxartmışdım. Onda səndən bir manat da olsun rüşvət aldım? Dedi yox. Dedim, o boyda işə görə səndən rüşvət almayan adamın bir xırda borcdan ötrü səndən rüşvət alması ilə bağlı dediklərin hansı məntiqə sığır?.. Bu oğlandan o pulu alan İlahi Məmmədli olub. İlahi Məmmədli Sumqayıtda belə işləriylə məhşurdur, işığa, qaza, suya borcu olanın işini bu adam aşırdır, Sumqayıtda kimdən soruşsanız, hamı onu belə tanıyır. İlahini 12 saat Korrupsiya Qarşı Mübarizə İdarəsində saxlamışdılar, ürəyi getmişdi. Ondan mənə qarşı istifadə etdilər, elədiklərini də mənim üstümə yıxdılar”.

Saxta əlillik və pensiya iddiaları

Başqa ittiham İlyas Mahmudovun ayrı-ayrı vətəndaşlara əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı yalan məlumatlsar daxil etməklə qətnamələr çıxarmasıyla bağlıdır. O, bu ittihamla bağlı ifadəsində göstərib ki, məhkəmə pensiya təyin etmir, gələn sənədlərə baxıb əlillik faktını müəyyən edir. O da stajı, əlilliyi müəyyən etmək üçün TSEK və başqa qurumlardan verilmiş sənədlərə əsaslanıb. DSMF Zəngilan şöbəsi həmin qərarları alıb, heç birindən şikayət verməyib və icra edib. 

Müttəhim hakim: günah katibdədir

Keçmiş hakim 19 saxta məhkəmə qətnaməsi ilə bağlı ittiham ətrafında da danışıb. O, bu saxtakarlıqda hakim olduğu dövrdə katibi işləmiş Səadət Vəliyevanı, Zəngilan DSMF-nin əməkdaşlarını, İlahi Məmmədlini günahlandırıb: “”Mən bu məhkəmədə (Sumqayıt Ağır Cinayətlər Məhkəməsi) sözü keçən hakimlərdən olmuşam. Məni sədr də yaxşı tanıyır. Yeri gəlmişkən, mən Sumqayıt şəhər Məhkəməsinin o vaxtkı sədrinin də məhkəmədə şahid kimi dindirilməsini istəyirəm və bu barədə vəsatət verəcəm. Çünki o, mənim başıma gələnlərin şahididir. Bu məhkəmədə mənim iş otağımda, dəhlizdə baş verən bütün proseslərdə o da olub. Yoxlama gələndə Səadətin ürəyi getdi, hamı başına toplaşdı, sədr də ordaydı. Özünə gələn kimi durub üstümə cumdu, dedi, gedib nə deyəcəksiz? Dedim, sən niyə narahat olursan? Onda şübhələndim ki, bu işlərdə onun əli var. İmzam 9 dəfə ekspertizadan keçdi, hər dəfəsində rəy verildi ki, imza mənim deyil, digər şəxs tərəfindən - eyni adamın imzasıdır. Müstəntiq imzamı hər dəfə təzədən ekspertizaya göndərirdi, hər dəfə də eyni rəy verilirdi. Bundan başqa, araşdırın görün mənim həmin adamlarla bir dəfə telefon əlaqəm, yazışmam olub? Olmayıb. Ancaq Səadət Vəliyevanı araşdırsanız, görərsiniz ki, həm o, həm də İlahi bu saxtakarlığın içində olmuş şəxslərlə yüzlərlə dəfə zəngləşiblər, danışıblar. Səadətə dedim, aç mənə danış hamısını, maşından düşüb qaçdı. Sonra da Korrupsiyaya qarşı mübarizə idarəsində mənim əleyhimə ifadə verdi”.

Bazar məhkəməsinin əks-sədası?

İlyas Mahmudov ifadə verəndən sonra məhkəmə iclasına sədrlik edən hakim Rəşad Əliyev növbəti məhkəmə iclasını noyabrın 21-nə təyin etdi. Rəşad Əliyev həm də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədridir.

İlyas Mahmudov bir neçə il əvvəl Sumayıtda “Şərq bazarı” kimi tanınan ərazidə 66 sahibkara məxsus ticarət obyektlərin sökülməsi ilə bağlı bazarın rəhbərliyinin qaldırdığı iddianı rədd etmiş hakimdir. O, bu məsələdə Sumqayıt şəhər İcra hakimiyyətinin təzyiqlərinə də məhəl qoymayıb. Öz məhkəməsində isə bildirib ki, onun Sumqayıt şəhər İcra Hakimiyyəti ilə münasibətləri gərgin olub. 8 məhkəmə işində qurumun maraqlarına zidd qətnamələr çıxarıb. Buna görə də qurum rəhbərliyi tərəfindən daim təzyiqlərlə üzləşib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Leyli Cəfərova
1 Fevral 2023
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib. İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş. Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır” Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib: “Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra...
Məhkəmə

Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi

Leyli Cəfərova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.    Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.    “Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”     Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: ...

Seçilmiş Videolar

Toplum TV loqo