Sosial Media
Bu gün, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Ramin Hacılıya 7 il, 7 ay, 14 gun müddətinə hökm oxunub. Həmçinin o, məhkəmənin qərarına əsasən, 1500 manat cərimə ödəməlidir.
Məhkəmə prosesi zamanı Ramin Hacılı son söz demək üçün vaxt istəyib. Hakim ondan son sözünü deməyi tələb edib, Hacılı isə bunun üçün məhkəmədən əlavə gün istəyib. Hakim bunu son söz deməkdən imtina kimi qəbul edildiyini bildirib və məhkəməni qapalı elan edib.
https://toplum.tv/mehkeme/ramin-hacili-hakime-mehkemeni-qapali-kecirin-ad-cekim
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı külli miqdarda qazanc əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarını ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün aldadıb. İddiaya görə, o, vətəndaşları viza və səfər etdikləri ölkələrdə mühacir statusu alacaqları ilə bağlı yalan vədlər verib.
Ramin Hacılı rəsmi sənədləri saxtalaşdırıb satmaqda, qanunsuz miqrasiya təşkil etməkdə və s. maddələrlə ittiham olunurdu. Ramin Hacılı isə ittihamları qəbul etmirdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
“Tərtər işi” üzrə bəraət almış şəxslərə 361 min manat təzminat ödənəcək
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür