Məhkəmə

Məhkəmə: Telekanallardan düşməyən vəkil müttəhimlər kürsüsündə 

Leyli Cəfərova
13 Sentyabr, 2022
147

Açıq mənbələrdən götürülüb

“Bir gecədə qızıllarımızı satdırdı. Bizi elə tələsdirdi ki, başımızı itirdik, 10 min manatlıq qızıllarımızı dəyər-dəyməzinə satıb, pulunu buna verdik, bu da pulları götürəndən sonra işimizi görmədi, bizi get-gələ saldı”.   
 
Hakim: - Haradan tanıyırdınız bu vəkili?   
 
Şahid: - Televizorda görmüşdüm.   
 
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların pullarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən keçmiş vəkil Vüqar Səfərlinin məhkəməsi keçirilir. Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir.  
 
Vüqar Səfərli Vəkillər Kollegiysının üzvü olub. Son illərdə müxtəlif yerli telekanallarda sosial tipli verilişlərdə hüquqşünas kimi görünməklə, hüquq məsləhətləri verməklə populyarlaşıb.  

https://toplum.tv/mehkeme/gece-klubu-isi-dediler-her-seyi-uzerine-gotur-arxanda-dayanacagiq
 
Elə aldatdığı iddia olunan adamlar da onu tv-lərdə görüb, savadlı vəkil hesab edib, ofisinin ünvanını soraqlayaraq müqavilə bağlayıblar. Ancaq həm özlərinin dediyi, həm də Vüqar Səfərlinin təsdiqlədiyi kimi, aldanıblar.   
 
Məsələn, məhkəmənin şahid qismində dindirdiyi Xalidə Dadaşova deyir, qardaşı oğlunu həbsdən qurtarmaq üçün tv-lərdən qiyabi tanıdıqları vəkil Vüqar Səfərlini axtarıb tapıblar. Vəkil onlardan gecəylə pul çatdırmalarını təkid edib.  
 
Ailə üzvləri də qır-qızılını bir yerə toplayaraq 4300 manata satıb, pulu vəkilə çatdırıblar. Xalidə xanım deyir, qızılların 10 min manat dəyəri olub, ancaq vəkil tələsdirdiyi üçün dəyərindən aşağı qiymətə satmalı olublar. İş orasındadır ki, vəkilə verdikləri 4300 manat da əldən gedib. Vəkil nə “iş görüb”, nə də pulu qaytarıb.   
Elə zərərçəkmiş Lalə Vəliyeva da Vüqar Səfərlini tv-də görüb, yeni köçdüyü evə Çıxarışın alınmasına yardımçı ola bilməsi üçün telefon nömrəsini tapıb, zəng vurub, görüşüb,  

1000 manatlıq müqavilə bağlayıb: “Qısa müddətdən sonra zəng vurdu, dedi, 2500 manat da ver, Çıxarışı tez bir zamanda həll eləyim, pulum yox idi, vermədim. Sonra da qızıma yazmışdı ki, təcili 300 manat lazımdır, mən də 300 manat tapıb çatdırdım ona...”   
 
Hakim müttəhimə: - Zərərçəkmişdən almısız dediyi pulları?   
Müttəhim: - Bəli, almışam.   
 
Başqa bir zərərçəkmiş Emil Salmanovsa anasının təqaüd məsələsinin məhkəmədə çözülməsi üçün tv-dən izlədiyi vəkili axtarıb tapıb. Müqavilə bağlanarkən 1000 manat ödəyib, sonra daha bir neçə dəfə pul verib: “Bir dəfə zəng vurub dedi, “karonayam”, 200 manat istədi, kartına köçürtdüm. Bir dəfə də zəng vurdu ki, 100 manat ver, maşınım xarabdır, onu da kartına köçürtdüm. Beləcə, bir neçə dəfə pul köçürtmüşəm kartına. Mənə cəmi 1700 manat zərər vurub. Elə bilirdim iş görür, aldadırdı ki, sorğular göndərilib, iş gedir. Sonra məlum oldu ki, heç bir iş görməyib, heç yerə də heç nə göndərməyib. Heç məhkəmədən xəbəri olmayıb. Bizim bundan əvvəl bir vəkilimiz vardı, anamın pensiya məsələsiylə bağlı məhkəmədə iddia qaldırmışdı. Həmin məhkəmə anamın xeyrinə bitdi, bu vəkilsə heç nə eləmədi, pulumu da qaytarmadı”.   
 
Hakim növbəti dəfə zərərçəkmişin ifadəsinə müttəhimin münasibətini öyrənib, müttəhim söynilənlərin doğruluğunu təsdiqləyib.   
 
Hakim müttəhimə adamlara vurduğu zərəri ödəməsini tövsiyyə etdi:

“Baxın, iş üzrə 16 zərərçəkmiş var. Çoxu xanımlardır, aralarında tənha qadın da var, bu adamlar sizə ümid bağlayıb, sizə ödəniş etmək üçün başqalarından borclanıblar, qızıllarını satıb, pulunu sizə veriblər. Bu pulları qaytarmaq lazımdır. Bu barədə düşünün”.   
 
Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli bu ilin mayında həbs olunub. dələduzluqda ittiham edilir.  

https://toplum.tv/mehkeme/selim-muslumovun-mehkemesi-nazirlik-evleri-ucuz-alib-baha-senedlesdirib
 
O, bir neçə vətəndaşın etimadını qazanaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manat civarındadır.  
 
Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkənsə tanınmış blogger Sabina Katanovadır. Vüqar Səfərli həbs olunarkən bloggerə 130 min manat zərər vurduğu bildirilirdi.  
 
Həmin vaxt Vəkillər Kollegiyasının sədri Anar Bağırov yerli xəbər saytlarına Vüqar Səfərlinin bir müddət əvvəl vətəndaşlardan gələn anoloji şikayətlərə görə Kollegiyadan uzaqlaşdırıldığını bildirmişdi.   
 

Məhkəmə

“Baku Steel Company” işi: Azərboru necə satıldı?

Leyli Cəfərova
7 Oktyabr 2022
Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”-nin (Poladəritmə zavodu) sahibi olmuş, şirkətin əlindən alındığını iddia edən Rasim Məmmədovun məhkəməsi davam edib. Məhkəmə indiki mərhələdə şahidləri dindirir. İlk dindirilən İlham Əliyev olub. O, ifadəsində göstərib ki, əvvəllər “S-Steel” şirkətinin işçisi imiş. Azı 250 işçisi olan şirkət dəmir qırıntılarını alaraq “Baku Steel”ə satmaqla məşğul olub. Onun işi isə bu işçilərin maaş və bonuslarını hesablamaqdan ibarət olub. Şişirdilmiş rəqəmlər, aqibəti bəlli olmayan pullar... Prokuror şahiddən metalın ucuz alınıb baha qiymətə rəsmiləşdirilməsi kimi halların olub-olmadığını soruşanda şahid “yox” cavabı verib. Bundan sonra prokuror hakimdən onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını xahiş...
Məhkəmə

Korrupsiyada ittiham olunan sabiq icra başçısı məhkəməyə çıxarılır

Leyli Cəfərova
7 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov hakim önünə çıxarılır. Toplum TV-nin xəbərinə görə, sabiq icra başçısının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Alimpaşa Məmmədov ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. https://toplum.tv/mehkeme/ehtiyatda-olan-polkovnik-elnur-memmedov-hebs-edildi "Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı...

Seçilmiş Videolar

Toplum TV loqo