Məhkəmə

“MTN işi” - Mövlam Şıxəliyev və adamlarına hökm oxundu

Leyli Cəfərova
21 Sentyabr, 2022
1721

Açıq mənbələrdən götürülüb

Zamində olanlar məhkəmə zalında həbsə alındı

Keçmiş Milli Təhlükəsizliyi Nazirliyinin (2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbə rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə hökm elan edilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiya tərəfindən təqsirləndirilən şəxslərə cəza verilib. Mövlam Şıxəliyevə 12 il, Yasin Məmmədova 10 il 6 ay, Vüsal Ələkbərova 12 il 6 ay və Sahib Ələkbərova 8 il həbs cəzası verilib. Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs ediliblər.

https://toplum.tv/mehkeme/narkomanlarin-reabilitasiya-merkezindeki-dehsetleri-mehkemede

Təqsirləndirilən şəxslərin vəkilləri hökmdən narazı qalıb. Onlar hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.

Zərərçəkənlər də hökmdən razı qalmayıb. Hesab ediblər ki, məhkəmə təqsirləndirilən şəxslərə az cəza kəsib. Məhkəmə hökmü onlara dəymiş maddi zərərlərin aqibətinə də işıq salmayıb.

Bir müddət əvvəl Mövlam Şıxəliyevin 7 milyon 738 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük ev tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklar var. Əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.

Söhbət aşağıdakı əmlaklardan gedir:

Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt;

Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev;

Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev;

“Sahil” stansiyasının üstündəki bina, M.Şıxəliyevin 5 əmlakı bu binadadır

Nizami küçəsi 93, mənzil 21 ünvanında 400 min manatlıq ev;

Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt;

Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev;

Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahəsi olan, 1 milyon 452 min manat dəyərləndirilmiş qeyri-yaşayış sahəsi;

Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən (metronun “Sahil” stansiyasının üstündə) binada hər birinin qiyməti 770 min, 535 min, 738 min, 650 min və 704 min manat (ümumilikdə 3 milyon 397 min) dəyərləndirilmiş 5 mənzil;

Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi;

Novxanı, Goradil qəsəbələrində, Ağdaş və İsmayıllı rayonlarında torpaq sahələri, obyekt və evlər…

https://toplum.tv/mehkeme/ramin-hacili-hakime-mehkemeni-qapali-kecirin-ad-cekim

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. İş üzrə 36 zərərçəkmiş var idi.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib.

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilib. Lakin onların heç biri ittihamları qəbul etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...
Məhkəmə

İlkin Suleymanov son söz deyib, bəraət istəyib

Leyli Cəfərova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanov son söz deyib. O, 10 yaşlı Nərmin Quliyevayla bağlı cinayətin boynuna işgəncəylə qoyulmasından danışıb: "Mən yanan meyiti görüb bu barədə polisə məlumat verəndə ağlıma da gəlməzdi ki, bu cinayət öz boynumda qalacaq. Nərminin ailəsi mənə qarşı çıxmaqla bu cinayətin açılmasında maraqlı olmadığını göstərib. 3 il 6 aydır ki, şərlənərək həbsə atılmışam. Məhkəmədən ədalətli qərar verilməsini, bəraət hökmü çıxarılmasını xahiş edirəm'.  Hakim tez-tez İlkin Süleymanovun sözünü kəsib, ondan cıxışını qısaltmasını tələb edib. İlkin Süleymanov son sözünü bitirdikdən sonra hakim bildirib ki, iyunun 5-də hökm elan olunacaq. 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz...

Seçilmiş Videolar

Toplum TV loqo