“MTN işi”ndə prokuror: Rütbələri əllərindən alınsın, əmlakları müsadirə olunsun
Açıq mənbələrdən götürülüb
Bir aylıq fasilədən sonra - iyulun 26-da Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildən Dövlət Təhlükəsizlik Xidməti – red.) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin, istintaq idarəsinin rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədovun, istintaq idarəsinin ikinci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi davam edib.
Məhkəmə iclası başlayan kimi hakim Elbəy Allahverdiyev istintaqın yekunlaşdığını elan edib, məhkəmə çıxışı üçün sözü dövlət ittihamçısına verib.
Dövlət ittihamçısı Vüsal Əliyev təqsirlənirilən şəxslərə verilən ittihamların 10 aya yaxın davam edən məhkəmədə zərərçəkmiş və şahid ifadələriylə sübuta yetirildiyini bildirib. O, Mövlam Şıxəliyevə 14, Vüsal Ələkbərovla Yasin Məmmədova 12, Sahib Ələkbərova 10 il həbs cəzası istəyib. Bundan başqa, prokuror təqsirləndirilən şəxslərin rütbələrinin əllərindən alınmasını, əmlaklarının müsadirə olunmasını də tələb edib.
Mövlam Şıxəliyevdən başqa, digər üç təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə dövründə zamində olublar.
Məhkəmə iclası iyulun 30-da davam edəcək.
Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunurlar.
Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirmişdi.
Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.
Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Amma onların heç biri ittihamları qəbul etmir.
Açıq mənbələrdən götürülüb
Səlim Müslümov kommersiya sirlərinə görə məhkəməsinin qapalı keçirilməsini istəyib
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir