Məhkəmə

MTN işində zərərçəkmiş: Kimdir bu “xaç ata”ları?  

Leyli Cəfərova
6 Sentyabr, 2022
962

- Vuraram, başın yarılar...
- Qələt eləyərsən, qurumsaq... Sən mənə "butulka" ata bilərsən?.. Bunun danışığına bax…  

“MTN işi” kimi ölkəyə səs-küy salmış məhkəmə prosesi sona yaxınlaşdıqca təqsirləndirilən şəxslərlə zərərçəkmişlər arasında gərginləşmə dərinləşir. 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi 1 ilə yaxındır ki, davam edir.  

Elə sentyabrın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında təqsirləndirilən Mövlam Şıxəliyevlə zərərçəkmiş Hüseyn Səfərov ortada dəmir barmaqlıqlar olmasaydı, əlbəyaxaya çıxmağa hazır idilər. 

Zərərçəkmiş danışdıqca, Mövlam Şıxəliyev əlindəki su butılkasını dəmir barmaqlıqların arasından ona tərəf uzadaraq: “Vuraram, başın yarılar”, - deyib. 

Zərərçəkmiş də ona “qurumsaq” deməklə təhqir edib. 

Bəs Mövlam Şıxəliyev zərərçəkmişin çıxışından niyə qəzəblənib?.. 

Zərərçəkmiş çıxışında nə deyib?..  

Hakim çıxış üçün sözü zərərçəkmişə verən kimi, sonuncu bildirib ki, onu həbs adı altında girovluqda saxlamaqla ailəsindən alınmış pulların qaytarılmasını istəyir. Üzünü dəmir barmaqlıqlar arasında olan Mövlam Şıxəliyevə tutaraq bunları deyib: “Sən bu gün özünü elə aparırsan ki, guya dədə-baban pullu olub. 

Sonra zərərçəkmiş üçünü hakimə tutub: "Bunun Babaş  adlı qohumu bizim pullarımıza qurduqları biznesi idarə edib. Bunlar bizdən aldıqları pullar hesabına bu gün də heç kimi saymırlar. Mövlam Şıxəliyevin burda “raşotkada” oturmağına aldanmayın, o, bu gün də Bakıda “at oynadır”, - deyib.

Bunun Elxan Dadaşov adlı şəriki var. Onunla Nəsimi rayonunda şərikli 13 bina tikib. Həmin binalardan üçü bu dəqiqə də tikilir. Bu gün də onun bacısı vasitəsilə Bakıda 67 mənzil və obyektdən kirayə haqqı yığırlar. 

Mövlam Şıxəliyevə Elxan Dadaşov Türkiyədə, Beşiktaşda villa tikib. Mövlama Qəbələdə də villa tikdirib. Onun yanında da Elxan Dadaşovun özünün villasıdır...   

Mövlam Şıxəliyevin gülməsi zərərçəkmişi əsəbiləşdirib: “Buna baxın hələ, gülür. Sən nə abırsız adamsan? Öl, yerə gir, bu boyda adamları borca salmısan, məhkəmə qapılarına salmısan, hələ gülürsən".  

Mövlam Şıxəliyev: 
- Çünki yalan danışırsan.  
Zərərçəkmiş: 
- Yalan danışan mənəm?.. İllərdir ki, hər gün Elxana qızıl onluq aldırmısan. Bunu da bilirik. “Moskva” Univermağından alırdı sənə… Hər şeydən xəbərimiz var. Sən belə yaşayırdın.    
Mövlam Şıxəliyev: 
- Belə şey olmayıb.  
Zərərçəkmiş: 
- Özün hər şeyi yaxşı bilirsən.  
Tərəflər arasında mübahisə dərinləşib, Mövlam Şıxəliyev əlindəki su "butulkası"nı zərərçəkmişə tərəf uzadıb: 
- Vuraram, başın yarılar...
Zərərçəkmiş: 
- Qələt eləyərsən, qurumsaq... Sən mənə butulka ata bilərsən?.. Bunun danışığına bax…  

Zərərçəkmiş çıxışında deyib ki, ailəsindən 2 milyon dollar alınıb. 

Hazırda kirayədə yaşayır. 

Mövlam Şıxəliyev bu məhkəmə zalında ona palların şəxsən Eldar Mahmudov tərəfindən qaytarılacağını vəd edib.  

Hakim tərəfləri zorla sakitləşdirib.  

Sonra söz digər zərərçəkmiş Zaur Əliyevə verilib. 

Zaur Əlyev Mövlam Şıxəliyevin idarə olunduğunu deyib və onun arxasındakı güclərin də ortaya çıxarılmasını, cəzalandırılmasını tələb edib. 

O deyib ki, hazırda mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri azadlıqdadır: “Bu dəstəni yaradan olub. Dövlətin içində bu dəstənin yaradılmasında məqsəd mal-mülk ələ keçirmək, Azərbaycan vətəndaşlarını qanuni tədbir adı altında girov götürüb varidatlarını mənimsəmək olub. Bu mütəşəkkil cinayətkar quldur dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar və bu gün də yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər. Kimdir bu “xaç ata”ları? Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov,  keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubov. Mövlam Şıxəliyev bu “xaç ata”larının yaratdıqları mütəşəkkil cinayətkar quldur dəstənin sadəcə MTN-də baş briqadiri olub”.
 
Zaur Əliyev 1 ildir ki, davam edən məhkəmə iclaslarını “örtülü bazara” bənzədib, hakimləri qınayıb: “Məhkəmə zalında siz hakimlər, təqsirləndirilənlər, zərərçəkənlərin vəkilləri və bəzi zərərçəkənlər hüquqşünasdırlar. Yəni ali hüquq təhsilli azı 15 nəfər var. Proseslərdən birində biz zərərçəkənlər Zakir Qaralovla Rüstəm Usubovun iş üzrə şahid qismində dindirilmələrini vəsatətlə tələb etdik. 15 hüquqşünasdan 2 nəfəri – siz və dövlət ittihamçısı istisna olmaqla hər kəs vəsatəti dəstəklədi. Siz isə təmin etmədiniz. Ötən müddət ərzində biz zərərçəkənlərin, vəkillərimizin verdiyi 1 vəsatəti belə təmin eləmədiniz. Bu gün də 2 zərərçəkmişin təqsirləndirilən şəxslərin əməllərin tövsifinə aid vəsatətimiz sizin tərəfinizdən baxılmamış saxlanıb. Siz məhkəməboyu çalışdınız ki, dövlət başçısının göstərişi ilə darmadağın edilən cinayət yuvası sakinlərinin – MTN-çilərin cinayətləri gizli qalsın”.   

Məhkəmədə daha bir neçə zərərçəkmiş də məhkəmə çıxışı edəndən sonra hakim növbəti məhkəmə iclasını sentyabrın 8-nə təyin edib. 

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. 

Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. 

Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. 

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. 

Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib. 

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır. 

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Nərmin Quliyevanın ailəsi İlkin Süleymanova ömürlük həbs tələb edir - yenə məhkəmə olacaq

Esmira Cavadova
29 Sentyabr 2023

Toplum TV

Toplum TV-də “Məhkəmə saatı” verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib

Toplum TV
28 Sentyabr 2023

Sosial media

İlahiyyatçı Sərdar Babayevin (Şeyx Sərdar) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Toplum TV “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə sentyabrın 28-i Bakı Ağır Cinayətlər Məhkəməsində hökm verilib. Dövlətə xəyanətdə ittiham olunan dindar barədə 17 il həbs cəzası verilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) irəli sürülüb. https://toplum.tv/mehkeme/psuriyada-doumlyuumlsen-sexsin-noumlvbeti-mehkemesi-keccedilirilibp Bildirək ki, Şeyx Sərdar 2021-ci il oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı.

Seçilmiş Videolar

Toplum TV loqo