Məhkəmə

Narkomanların reabilitasiya mərkəzindəki dəhşətləri məhkəmədə

20 Sentyabr, 2022
2017

Açıq mənbələrdən götürülüb

Məhkəmə narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün Novxanı bağlarında yerləşən “New Life” Reabilitasiya Mərkəzindəki işgəncələri araşdırır.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu məhkəmə iclasına hakim Rasim Sadıqov sədrlik edir. Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovla yanaşı daha bir neçə işçi - Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev də mühakimə olunur. Onlar bir neçə pasiyentə əzab verməkdə təqsirləndirilir. Onlardan biri Hüseyn Məmmədov Mərkəzdə dünyasını dəyişəndən sonra bu şəxslər həbsə alınıb. 

Məhkəmə bu ilin iyun ayından davam edir. Təqsirləndirilən şəxslərin bir qismi məhkəmənin əvvəlki iclaslarında ifadə verməmişdi. Ötən müddət ərzində bəzi müttəhimlər, zərərçəkmişlər, şahidlər ifadə verib. Təqsirləndirilən şəxs Qənbər Həsənov əvvəllər bir neçə dəfə ifadə vermək istəsə də, məhkəmə zalında tərəflər arasında qarşılıqlı səs-küy yarandığına görə hər dəfə məhkəmə təxirə düşüb.

https://toplum.tv/mehkeme/selim-muslumovun-mehkemesinde-berpa-merkezinin-otkat-lari-arasdirilir

Qənbər Həsənov ifadəsində deyib ki, narkotik istifadəçisi kimi 9 ay həmin mərkəzdə müalicə və psixoloji yardım alıb. Müalicəsi başa çatdıqdan sonra Mərkəzin işçiləriylə münasibətləri yaxın olduğuna görə 3 ay da orada işləyib. Ötən il sentyabrın 4-də Mərkəzin bir neçəsi yığışaraq, kiminsə doğum gününü qeyd ediblər. Həmin gün Qənbərin növbəsi bitdiyi üçün evə gedib: “Mən gedəndə Hüseyn sağ idi. Qolları qandaldaydı. Sabahı gün evə gəlib məni apardılar. Onda bildim ki, Hüseyn ölüb.

Vəkil: - Qolları niyə qandallanmışdı?

Təqsirləndirilən şəxs: - Özünü pis aparırdı.

Vəkil: - Sən onu heç döymüsən?

Təqsirləndirilən şəxs: - 3-4 dəfə qoluna şlanqla vurmuşam.

Vəkil: - Səni Hüseyni döyməyə kim məcbur edirdi?

Təqsirləndirilən şəxs: - Heç kim.

Vəkil: - Aç düzünü danış, bu iş sənin üstündə qalır.

Təqsirləndirilən şəxs ifadəsinə davam etmək istəyəndə zalda əyləşmiş anası qışqıraraq oğlunun günahsız olduğunu, Mərkəzin onunla birlikdə həbsdə olan digər işçilərinin qorxusu altında olduğuna görə hər şeyi öz üzərinə götürdüyünü deyib. Oğlundan düzünü danışmasını tələb edib:

Ana: - Ay bədbəxt, aç düzünü danış, sənin üstündə qalır bu iş. Hüseyn soyuq məzardadı, sən isti məzarda... Aç düzünü danış, bunların nəyindən qorxursan? Axı sən özünü bədbəxt edirsən. Sən evdəydin. Sənin heç nədən xəbərin yox idi, sabahı gün gəlib səni apardılar, hamısı gözümün qabağında oldu axı...

Ana hakimə üz tutdu: - Ya məni burda dinləyəcəksiz, bu iş ədalətlə aparılacaq, ya da mənim səbrim daşıb, mən Prezident Administrasiyasına da getmişəm, bu adamlar mənim oğlumu qorxu altında saxlayır. Bu iş aşkara çıxmasa, gedib özsümü Prezident Administrasiyasının qabağında yandıracam.

Hakim təqsirləndirilən şəxsin anasını tribunaya dəvət etdi. Ana həmin gün özünü hüquqşünas kimi təqdim edən bir nəfərin onlara gəldiyini, Hüseynin ölüm xəbərini gətirdiyini və bəzi təlimatlar verdiyini deyib: “Oğlumu öyrətdi ki, deyərsən bıçaqla dalımca düşmüşdü.

Hakim təqsirləndirilən şəxsə üz tutur: - Necə olmuşdu bu məsələ?

Təqsirləndirilən şəxs: - Dedi ki, get de, Hüseyn bıçaqla üstünə cumduğuna görə onu bağlamısan.

Yenə ana səsini qaldırır: - Famil mənim oğluma deyib ki, sən çox kasıbsan, bu işi götür üstünə, biz səni xilas edəcəyik.

Mərkəzə müalicə üçün yerləşdirildikdən bir neçə gün sonra ölən Hüseyn Məmmədovun atası Rafiq Məmmədov məhkəməyə yazılı etiraz təqdim edib. Ata təqsirləndirilən şəxslərə verilən maddələrin əməllərinə uyğun gəlmədiyini və maddələrin ağırlaşdırılması üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib. Etirazının qalan hissəsini belə izah edib: “Neçə aydır burada məhkəmə davam edir. Mənim oğlumu qolları qandallı vəziyyətdə göydən 18 saat başıaşağı asılı saxlayan bu şərəfsizlər gəlib burda ayaqlarını uzadıblar, hələ biri az qala skamyada uzanıb, özlərindən razı halda, təsbeh çevirə-çevirə gülürlər. Bu, övladı faciəli ölmüş bir valideyn kimi məni qıcıqlandırır. Möhtərəm hakim, sizsə buna göz yumursunuz. Məhkəmənin ilk günündən iclasların videoçəkilişlə keçirilməsini istəsək də, təmin etməmisiz. Ona görə də sizə etiraz edirəm.

Prokuror: - Zərərçəkmişin hüquqi varisi haqlıdır. Bu kişinin oğlunu qolları qandallı 18 saat asılı vəziyyətdə saxlayan bu şəxslər müttəhimlər kürsüsündə qolları qandallı oturmalıdır. Ancaq məhkəmə tərkibinə etirazla razılaşmıram.

Hakim qısa müşavirədən qayıtdıqdan sonra etirazı təmin etməyib.

Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin rəhbəri Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələrilə ittiham olunur. Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə bu ittihamlarla yanaşı, qanunsuz sahibkarlığa görə məsuliyyət nəzərdə tutulan CM-in 192-ci maddəsilə də ittiham irəli sürülüb. Çünki “New Life” Reabilitasiya Mərkəzi qeydiyyatdan keçib lisenziya almadan fəaliyyət göstərib.

Bu cinayət işi üzrə üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş, daha bir nəfər isə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Adları çəkilən şəxslərin orada işgəncəyə məruz qaldığı iddia olunur.

https://toplum.tv/mehkeme/baku-steel-mehkemesinde-geder-gelmez-suali-hovsan-limaninin-pulunu-kim-verib

Valideyni zərərçəkmişin hüquqi varisi qismində tanınan Hüseyn Məmmədov isə ötən il sentyabrın 5-də xəstəxanada ölüb. Cinayət işinin materiallarında bildirilir ki, Hüseyn Məmmədov mərkəzə könüllü şəkildə gəlsə də, sentyabrın 4-də günorta saat 15.00 radələrində qaçmaq istəyib. Onu Mərkəzin əməkdaşları tutub, əl-qolunu bağlayıb, döyüblər. Sentyabrın 5-də Hüseyn Məmmədovun vəziyyəti kəskin pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında Hüseyn Məmmədovun vəziyyətinin işgəncə nəticəsində pisləşdiyi iddia olunsa da, eyni zamanda, işin içində onun artıq dozada narkotik istifadəsindən ölməsi haqda rəy var. Lakin narkotiki hansı şəraitdə qəbul etməsi barədə heç nə məlum deyil.

Təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər. Hətta Famil Rzayev ittihamda yazılanları “nağıl”, “uydurma” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo