Məhkəmə

“Nərmin işi” davam edir: Vəkillər ekspertiza rəylərinin saxtalığından danışıb  

Leyli Cəfərova
15 Sentyabr, 2022
664

Açıq mənbələrdən götürülüb

11 yaşlı Nərmin Quliyevanı oğurlayaraq öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam etdikcə suallar da çoxalır. Məhkəmə prosesi ilyarıma yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilir. Hazırda məhkəmədə cinayət işi üzrə sənədlər tədqiq olunur. Sonuncu məhkəmə iclasında əsasən ekspertiza rəyləri elan edilib.  

Ekspert rəylərində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltarlardan uşaq cins şalvarından, ayaqqabısından və s. təqsirləndirilən İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb. Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarından Nərminə aid jaketin lifi tapılıb. Məhkəmə iclası vəkillərin etirazlarıyla keçib. Onlar rəylərin saxtalaşdırıldığını iddia ediblər: “Müstəntiq o cins şalvarı hardan tapıb ekspertizaya təqdim edib, bu məsələyə aydınlıq gətirilsin. Çünki nə meyitin şəkillərində var, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkin Süleymanovgilin evindən götürülən əşya və paltarların arasında. Olmayan o cins şalvar ekspertizaya necə gedib çıxıb”?  

Vəkillər geyimlərlə bağlı keçirilmiş digər rəyləri də saxta adlandırıblar: “İlkinin gödəkçəsinin lifi Nərminin paltarlarından çıxıbsa, deməli, həmin paltarların da lifi gödəkçənin üstündə olmalıydı, niyə yoxdur? Əgər bu paltarlar bir-birinə toxunubsa, deməli, hər ikisinin üzərində bir-birinin lifləri olmalıdı. Niyə yoxdur? İsti alt paltarının İlkin saxlanılandan sonra alındığını, polis şöbəsinə təhvil verildiyini məhkəmədə dindirilən şahid ifadələri də göstərdi. Ekspert oradan Nərminin jaketinin lifini necə tapıb? Özü də İlkinin paltarlarından ancaq jaketin lifi tapılır. Belə görünür ki, qoyublar qabaqlarına İlkinin paltarlarını, bir jaketi sürtüblər, onunla da iş bitib”.  

https://toplum.tv/mehkeme/ramin-hacili-hakime-mehkemeni-qapali-kecirin-ad-cekim

Vəkillər meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini tələb ediblər. Onlar meyitin üzərindən götürülmüş köynəklə ekspertizaya təqdim olunan köynəyin fərqli olduğunu bildiriblər. Fərqi isə belə izah ediblər ki, köynəklərdən birinin yaxası tam bağlı, digərininkisə açıqdır”.  
Sənədlərin tədqiqi vaxtı üzə çıxıb ki, İlkin Süleymanovun dindirilməsində iş üzrə rəy vermiş ekspert də iştirak edib. 

Həbsindən iki həftə sonra barəsindəki həbs qətimkan tədbirilə bağlı apelyasiya şikayətinə baxılarkən İlkin Süleymanov cinayəti işgəncələr nəticəsində boynuna götürdüyünü deyib. Müstəntiq Nadir Mirzəyev Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova İlkin Süleymanovun ora qəbul edilərkən üzərində işgəncə izlərinin olub-olmamasıyla bağlı sorğu göndərib. Elnur İsmayılovsa sorğuya cavabda İlkin  Süleymanovun üzərində təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini istəyib. Qeyd edib ki, həmin rəyi göndərsələr, sorğunu ona uyğun cavablandırar. Vəkil Zabil Qəhrəmanov deyib ki, bu, elə İlkin Süleymanova işgəncə verilməsinin sübutudur: “İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir? Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur”.  

Sənədlərin elanı zamanı vəkillər meyitdən götürülmüş dişlərin, İlkin Süleymanovun evindən götürülmüş və Nərminə məxsus olduğu iddia edilən saç tüklərinin ona məxsus olmadığını, hər ikisiylə bağlı eksper tizarəylərinin saxtalaşdırıldığını bildiriblər: “Ədliyyə Nazirliyinin tabeliyində olan Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadovanın verdiyi rəylərdən, ümumiyyətlə, onun hərəkətlərindən çox narazıyıq. Heç bir əsaslandırma yoxdur, nə istəyiblər, onu yazıb. Amma Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi daha obyektiv yanaşmağa çalışıb".  
 
İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynunaqoyulmasından danışıb. Məhkəmə 1 ildən çoxdur ki, davam edir.  

https://toplum.tv/multimedia/rasim-memmedov-elcin-sadiqovdan-sikayetci-deyilem

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. 
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. 

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...
Məhkəmə

İlkin Suleymanov son söz deyib, bəraət istəyib

Leyli Cəfərova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanov son söz deyib. O, 10 yaşlı Nərmin Quliyevayla bağlı cinayətin boynuna işgəncəylə qoyulmasından danışıb: "Mən yanan meyiti görüb bu barədə polisə məlumat verəndə ağlıma da gəlməzdi ki, bu cinayət öz boynumda qalacaq. Nərminin ailəsi mənə qarşı çıxmaqla bu cinayətin açılmasında maraqlı olmadığını göstərib. 3 il 6 aydır ki, şərlənərək həbsə atılmışam. Məhkəmədən ədalətli qərar verilməsini, bəraət hökmü çıxarılmasını xahiş edirəm'.  Hakim tez-tez İlkin Süleymanovun sözünü kəsib, ondan cıxışını qısaltmasını tələb edib. İlkin Süleymanov son sözünü bitirdikdən sonra hakim bildirib ki, iyunun 5-də hökm elan olunacaq. 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz...

Seçilmiş Videolar

Toplum TV loqo