Məhkəmə

Nərmin işi: Keçmiş polis rəisinin və Baş Prokurorluğun idarə rəisinin məhkəməyə gəlməsi tələb olundu  

20 Oktyabr, 2022
1290

Oktyabrın 19-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə və meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib. 

20 cildlik sənədlərin tədqiqi başa çatıb və hazırda məhkəmə vəsatətlərin müzakirəsi mərhələsindədir. 

Vəkillər məhkəməyə səkkiz vəsatət təqdim ediblər. 

Bunlardan dördü təmin olunmayıb, dördü isə qismən təmin edilib. 

Təmin olunan vəsatətlərdən biri Nərmin yoxa çıxdığı gündən –19 noyabr 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək Dondar Quşçu ərazisində anten məlumatlarının alınması olub. 

Təmin olunmuş digər vəsatətsə vəkillərin məhkəməyə təqdim etdikləri disklərə baxış keçirilməsiylə bağlıdır. 

Bunlar İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması zamanı olan çəkilişlərin, Nərminin yaxınlarının telekanallara və saytlara verdikləri müsahibələrin çəkilişlərin toplandığı disklərdir. 

Müdafiə tərəfi hesab edir ki, onların mediaya verdikləri məlumatlarla sonradan istintaqa və məhkəməyə verdikləri ifadələr arasında ziddiyyət var. 

Vəkillər məhkəmədən hadisə baş verdiyi vaxtlarda Tovuzun polis rəisi işləmiş, hazırda təqaüddə olan Şirzad Əsgərovun və Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcovun məhkəməyə əlavə şahid qismində çağırılmasına dair şifahi vəsatət də veriblər. 

İlkin Süleymanov vəsatəti müdafiə etdi: “Polis rəisi Şirzad Əsgərov cinayəti boynuma 1qoymaq üçün mənə Kamal Qılıcovun gözü qabağında işgəncə verib, məni döyüb, təhqir edib. Hər ikisinin məhkəmə tərəfindən dindirilməsini vacib hesab edirəm”. 

Hakim vəsatətə münasibət bildirməyib, vəkillərsə növbəti məhkəmə iclasında vəsatəti əsaslandırılmış və yazılı şəkildə təqdim edəcəklərini deyiblər. 

1 il 8 aydır ki, davam edən məhkəmədə diqqətçəkən məqamlardan biri Nərmin Quliyevanın atası Şərif Quliyevin prokurorun vəsatətlərlə bağlı bütün mövqelərində, necə deyərlər, yanında olmasıdır. 

Vəkil Əlibaba Rzayev jurnalistlərlə söhbətində deyib ki, zərərçəkmiş bunu bəzi hallarda bilməyərəkdən etsə də, çox vaxt qəsdən edir: 

“Məhkəmədə də prokuror hansı vəsatəti müdafiə edirsə, o da durub prokurorun mövqeyini dəstəkləyir. Bəzən bunu həmin vəsatətlərin mahiyyətini anlamadan, bəzənsə məqsədli şəkildə edir. Biz dəfələrlə Şərif Quliyevə demişik ki, bu cinayətin üstünün açılmasında əslində iki tərəf maraqlı olmalıdır – sən və İlkin. Biz onu başa salmağa çalışırıq ki, görürsən ki, bu qədər ziddiyətli məsələlər var ortada, hələ meyitin sənin övladının meyiri olub olmadığı da dəqiq deyil, Axı bu, səni narahat etməlidir. Meyitin üzərindəki yanıqlarla, xəsarətlərlə istinitaqın digər materialları arasında dərin ziddiyyətlər var. Axı bunlar səni də narahat etməlidir. Bizdən daha çox səni narahat etməlidir. Ölən sənin övladındır, ancaq biz bu narahatçılığı səndə hiss etmirik, görmürük. Axı niyə istəmirsən ki, balanı öldürən əsl qatil tapılsın? Onunsa cavabı hər dəfə eyni olur: “Dövlət kimi deyirsə, qatil odur”. Dövlət dediyi də prokurordur, polis rəisidir”. 

Nərmin Quliyevanın ailəsi müsahibə vermir, deyilənlərə münasibət bildirmir və hər şeyi məhkəməyə buraxıb.   

Üç il əvvəl Tovuzun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. 

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. 

Məhkəmə 1 il 6 aydır ki, davam edir. 

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. 

Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. 

İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. 

İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo