Məhkəmə

Nərmin işi: Məhkəmədə cəsəd yandırılması videosu göstərilib 

Leyli Cəfərova
16 Noyabr, 2022
178

Toplum TV- Nərmin işi

Prosesdə vəkillərlə hakim arasında qalmaqal düşüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir. Noyabrın 16-da məhkəmədə istintaq eksperimentinin və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkətinin videogörüntüləri nümayiş etdirilib.

Uşaq paltarı geydirilmiş qoyun cəsədi

 Tovuzun Aşağı Öksüzlü kəndində qoyun cəsədinin yandırılmasıyla keçirilən istintaq eksperimentinin məqsədi aşkar edilmiş meyitin yanma prosesinin zaman və şəraitinin yoxlanması olub. Videogörüntülərdən məlum olur ki, qoyun cəsədinə Nərmin Quliyevanın yandırılarkən əynində olmuş geyimlərindən geyindirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin göstərişi ilə cəsədin üzərinə salyarka tökülür və alışqanla yandırılır. 4 dəqiqə yandırılandan sonra cəsəd torpaqlanaraq alov söndürülür. Ancaq eksperimentin nəticəsi müstəntiqi qane etmir, cəsəd ikinci dəfə 2 dəqiqə ərzində yandırılır. Bu dəfə də nəticə əldə olunmur. Bu yerdə qeyd edək ki, Nərminə məxsus olduğu yanmış meyit tapılarkən kömürləşmiş şəkildə olub. Meyit 5 dəqiqə 48 saniyə yanıb və söndürülüb. Ekspertlər bildiriblər ki, meyit azı 45-50 dəqiqə yanmalıdır ki, kömürləşsin. 5 dəqiqə ərzində bu, mümkün deyil. 

Müttəhimin üzündə döyülmə izləri

Sonra ifadənin yerində yoxlanması videogörüntüləri nümayiş etdirildi. Videogörüntülərdən açıq hiss olunrdu ki, İlkin Süleymanov təlaş və həyəcan içindədir. Üz nahiyəsində döyülmə izləri sezilirdi. 

Vəkillər videogörüntülərdəki ziddiyyətlərlə bağlı dəlillərini məhkəməyə təqdim etmək istəyəndə hakim Dadaş İmanov “qeydlərinizi məhkəmənin axırına saxlayın” deməsi vəkil Əlibaba Rzayevi özündən çıxartdı. O, hakimə etiraz etdi: “Hər dəfə ağzımızı açanda danışmağa imkan vermirsiniz, deyirsiz ki, saxlayın məhkəmənin axırına... Məhkəmə boyu ziddiyyətlər yerində və məqamında araşdırılmalıdır. Vəkillərə danışmağa imkan vermirsiz, ancaq prokurora bütün şəraitləri yaradırsız. Bunun harasında ədalət var? Xahiş edirik, müvəkkilimizlə məsləhətləşmək üçün 5 dəqiqə fasilə elan edəsiz.  

Hakim: - Etmirəm. 

İlkin Süleymanov ayağa qalxdı: - Mənim də qeydlərim var axı, o qeydləri sizin diqqətinizə çatdırmaq istəyirəm. 

Hakim acıqlı şəkildə: - Sən də otur yerinə. 

Vəkil: - Təqsirləndirilən şəxsin öz dəlillərini təqdim etmək hüququ var, siz buna şərtait yaratmalısız. 

1 saata yaxın davam edən məhkəmə iclasında hakimlə vəkillər arasında yaranmış qalmaqal iclasın təxirə salınmasına səbəb oldu. 

Nərmin işi: Tarixçə

Üç il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 il 6 aydır davam edir. 

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Leyli Cəfərova
1 Fevral 2023
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib. İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş. Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır” Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib: “Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra...
Məhkəmə

Mühasibi intihar edən lombardın sahibinə 5 il həbs cəzası verildi

Leyli Cəfərova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan lombard sahibi, “Gold Kredit 10” MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.    Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçinin olması, onların ümumilikdə 1,5 kiloqram qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub.    “Pulları ələ keçdirdi, sonda da özünü öldürdü”     Təqsirləndirilən Kazım Məmmədov ifadəsində vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidənin günahkar olduğunu bildirib. O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın vəsaiti ələ keçirdiyini, lakin əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: ...

Seçilmiş Videolar

Toplum TV loqo