Məhkəmə

“New Life” məhkəməsi: Gedirdi ifadə verməyə, meyiti yolda tapıldı

Leyli Cəfərova
4 Oktyabr, 2022
629

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovun və Mərkəzin başqa işçiləri Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyevin məhkəməsi davam edir. Bu şəxslər Mərkəzdə müalicə və psixoloji yardım alan pasientlərə əzab verməkdə təqsirləndirilirlər.

Oktyabrın 4-də baş tutan məhkəmə iclasında Mərkəzin sahibi Orucəli Heydərov ifadə verib. 13 il narkotik aludəsi olduğunu deyən Orucəli Heydərov özü 2018-2019-cu illərdə Maştağadakı “Yeni Nəsil” Reabilitasiya Mərkəzində müalicə alıbmış. Ancaq müalicənin köməyi olmayıb, Mərkəzi tərk edəndən sonra yenə əvvəlki vərdişlərini davam etdirib: “Özüm bu işlə məşğul olmağa qərar verdim. Mərkəzdəki digər pasientləri də yığıb əvvəlcə Nabrana getdim, istədik ki, orda narkotikdən uzaq durub müalicə olunaq. Oradan Qubaya getdik, hər yerdə xərcimiz çox çıxırdı deyə, işimiz alınmırdı. Axırda gəlib Novxanıda ev kirayələdim, burada işləməyə başladıq”.

“Müstəntiq dedi, narkotikdən ölüb”

Orucəli Heydərov Mərkəzdə əzab verilməsi nəticəsində öldüyü iddia olunan Hüseyn Məmmədov barəsində də danışıb. Deyib ki, Hüseyni onun Mərkəzinə Rafiq adlı şəxs gətirib. Hüseyn Mərkəzdə aldığı psixoloji yardım və müalicələrlə sağalmağa başlayıb. Ötən il sentyabrın 3-də işçilərdən biri  Elvüsalın ad gününü qeyd ediblər. Sabahı gün Mərkəzdən şəhərə gəlib. “İşçilərdən biri Fərhad zəng vurdu, dedi, Hüseyn özünü pis hiss edir, Mərkəzə həkim göndərmək üçün bir nəfərlə danışdım. Az keçmədi, Mərkəzdən zəng gəldi ki, Hüseyn öldü. Ardıyca da polislər zəng vurdu ki, Mərkəzə gəl...”

https://toplum.tv/mehkeme/baku-steel-isi-usaqliq-dostlari-mehkemede-uz-uze-qalib

Prokuror: - Ekspertiza rəyində göstərilib ki, Hüseynin qanında narkotik aşkarlanıb. Reabilitasiya Mərkəzində xəstə narkotikdən istifadə edib?

Təqsirləndirilən şəxs: - Müstəntiq dedi narkotikdən ölüb. Dedim, belə bir şey ola bilməz. Mənə bu gün də maraqlıdır ki, narkotiki haradan alıb? Kimdir ayağımızın altını qazan, mən də bilmirəm.

Prokuror: - Qollarının bağlı olması və asılı vəziyyətdə saxlanılması ilə bağlı nə deyə bilərsiz?

Təqsirləndirilən şəxs: - Mən heç kimə belə göstəriş verməmişəm. Orada olmamışam, xəbərim yoxdur.

“İfadə verməyə gedəndə yolda öldü”

Hüseyn Məmmədovun məhkəmədə iştirak edən atası Rafiq Məmmədov da təqsirləndirilən şəxsə suallar verib:

Rafiq Məmmədov: - Mənim oğlum “peredoz”dan ölübsə, “peredoz” olanda niyə vaxtında müdaxilə etməmisiz? Axı vaxtında müdaxilə olunsaydı, sağ qalardı.

Təqsirləndirilən şəxs: - “Bizə gələndə qanı təmiz idi, Belə şey ola bilməz.

Rafiq Məmmədov: “Bir nəfər vardı, İsrafil, o da oranın işçisi idi, oğlum öləndən sonra gedirdi müstəntiqə ifadə verməyə, gedib müstəntiqə çatmamış meyiti elə yolda maşında tapıldı, adını qoydular ki, “peredoz”dan ölüb…

Təqsirləndirilən şəxs: - Mən o barədə heç nə deyə bilmərəm, İsrafil öləndə mən artıq Kürdəxanı təcridxanasındaydım.

Rafiq Məmmədov: - “Hüseynin qollarından asılı saxlanmasına sən göstəriş vermisən…

Təqsirləndirilən şəxs: - Mən orda olmamışam axı, uzaqbaşı orda olanlar göstəriş verə bilərdi.

“İdman vaxtı zarafatla vurmuşam”

Orucəli Heydərov vəkillərin suallarını cavablandırıb. Vəkillər ondan Mərkəzin fəaliyyətiylə maraqlanıb. O isə bildirib ki, əslində Mərkəzdə konsultant olub: “Orda rəhbər olmayıb, elə hamımız idarə edirdik - Elgiz, Vüsal, Famil, Kamran, mən… Mən də orda konsultantlıq eləmişəm.

Vəkil: - Videogörüntülərdə reabilitantları əşya ilə vurduğun görünür.

Təqsirləndirilən şəxs: - Onlar idman görüntüləridir. İdman vaxtı zarafatla vurmuşam.

Təqsirləndirilən şəxs sualları cavablandırandan sonra hakim növbəti məhkəmə iclasını oktyabrın 25-nə təyin edib.

Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də məhkəmə boyu zərərçəkmişlərin ailə üzvləri təqsirləndirilən şəxsləri lənətləyib. Hakim tez-tez onları sakitləşdirib.

 “New Life” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsindəki bağlar massivindəki evlərdən birində yerləşib. Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasientlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib. Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı, əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.

https://toplum.tv/mehkeme/baku-steel-isi-usaqliq-dostlari-mehkemede-uz-uze-qalib

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasientin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Olimpiya Kompleksindəki qətl məhkəmədə araşdırılacaq  

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Paytaxtın Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törətməkdə ittiham olunan 20 yaşlı cüdoçu Ruslan Səfixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.    Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.  https://toplum.tv/mehkeme/pmehkeme-genc-ana-1-yasli-koumlrpesini-zeherleyib-oumllduumlrmekde-teqsirlendirilirnbspp   Hadisə ötən il noyabrın 26-da saat 17 radələrində baş verib. Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 16 yaşlı Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.    Aparılan araşdırmalarla Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Turan Rüstəmovu qəsdən öldürməsinə əsaslı...
Məhkəmə

Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir 

Leyli Cəfərova
15 Mart 2023

Açıq mənbələrdən götürülüb

Bir yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunan 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.  Toplum TV xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş hakim Əli Məmmədovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.   https://toplum.tv/mehkeme/pdeleduzluqda-teqsirlendirilen-vekil-mehkemede-danismaqdan-imtina-etdinbspp   Hadisə ötən il sentyabrın 9-da paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Bir yaşlı uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.     Araşdırmalar zamanı körpənin anası Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda...

Seçilmiş Videolar

Toplum TV loqo