Məhkəmə

Öldürülmüş sahibkarın ailəsi istintaqdan narazıdır

Leyli Cəfərova
22 İyul, 2022
1058

Açıq mənbələrdən götürülüb

“Baş Prokurorluğun İstintaq İdarəsinin həyat yoldaşımın ölüm işi üzrə istintaqını aparan müstəntiqinin polislərə “qaqa”, polislərin müstəntiqə “ay can” deməsindən artıq bizə məlum idi ki, bu üzləşdirmə prosesi formaldır. Bizi sakitləşdirmək, başımızın altına yastıq qoymaq üçündür”.

Mayın 7-də Şəmkirdə damarları kəsilmiş vəziyyətdə polislər tərəfindən xəstəxanaya gətirilmiş və orada vəfat etmiş sahibkar Arzu Cabbarovun həyat yoldaşı Zəminə Əhmədova istintaqın gedişatından narazıdır. O, bu narahatlığını Toplum TV ilə bölüşüb.

“Həyat yoldaşımın başına gələnlərin şahidi olmuş Yeganə Yusifova vəkili Aqil Layıcla birlikdə iyulun 18-də Baş Prokurorluğun İstintaq İdarəsinə gəlib. Şəmkir rayon polis Şöbəsinin rəis müavini Bayram İsmayılov, polis əməkdaşları Feruz İbrahimov və Etibar Yaqubov da orada olub. Müstəntiq vətəndaşla polislər arasında üzləşdirmə keçirməliydi. Üzləşdirmənin səhər saatlarında keçiriləcəyini bildirsə də, gün ərzində vəkil müstəntiqə hər dəfə zəng vuranda ya “gözləyin” deyirdi, ya da zənglərə cavab vermirdi. Polislər də, Yeganə Yusifova da İstintaq İdarəsində ola-ola üzləşdirmə keçirilmirdi. Müstəntiqlə polislərin isti münasibəti isə şübhələrimizi daha da artırırdı. Anlayırdıq ki, müstəntiq polisləri üzləşdirmə üçün təlimatlandırır”.

Nəhayət, axşam saatlarında tərəflər arasında üzləşdirmə baş tutub. Ancaq proses bitdikdən sonra Yeganə Yusifova vəkili Aqil Layıcla birlikdə İstintaq İdarəsindən çıxdıqdan sonra saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə, oradansa Şəmkir rayon Polis Şöbəsinə aparılıb. Vəkili Aqil Layıc onun Şəmkir polisinə aparılmasından növbəti gün xəbər tutub.

Zəminə Əhmədova Daxili İşlər Nazirliyinin bu ölüm işinə görə davranışından da narahatdır:

“Mən həyat yoldaşımın başına gələnləri Toplum TV və bir sıra başqa xəbər saytları vasitəsiylə ictimailəşdirəndən sonra Daxili İşlər Nazirliyi yaydığı məlumatlarda həyat yoldaşıma sanki bir əxlaqsız yarğısı vurmağa çalışır. Hələ istintaqı başa çatmamış bir işlə bağlı rəsmi qurumun ölmüş şəxs barəsində belə məlumatlar yayması da ictimai fikri azdırmağa hesablanıb. Hadisənin şahidi olmuş Yeganə Yusifova deyir ki, Arzu ilə onun arasındakı görüşü polislər təşkil edib, məqsəd videogörüntülərini çəkib, şantaj edərək pul almaq olub. Daxili İşlər Nazirliyi isə öz əməkdaşlarını sudan quru çıxarmaq üçün hər şeyi ölünün üstünd atmağa çalışır”.

Zəminə Əhmədovnın iddiasına görə, Şəmkir rayonunda çox sayda şəxs, sahibkar polislərin qurbanı olub və cinayət ört-basdır ediləcəyi halda növbətisinə zəmin yaranmış olacaq.

“Rayonda hamı bu işin nəticəsini gözləyir. Daxili İşlər Nazirliyi ortadakı gerçəkləri ört-basdır etməklə məşğuldur. Bu səbəbdən prokurorluq da istintaqı formal aparır. Təsəvvür edin, hər şey ortadadır. Sahə müvəkkilinin köməkçisi olan polis hadisədən sonra əsas şahid Yeganə Yusifovaya whatsapp üzərindən səsli ismarıc göndərir: “Sən ortadan yox ol, heç nə danışma, gözə görünmə,  narahat olma, hər şey yaxşı olacaq, o boyda icra başçısı Aslanın oğlunu da öldürdülər, kim nə etdi ki, bizə də nəsə etsinlər”. Bu məzmunlu onlarla səs yazıları var. Biz hesab edirdik ki, prokurorluq bu səs yazılarından sonra polis əməkdaşlarını şübhəli şəxs qismində həbs edəcək, o da olmadı”.

Mərhum sahibkarın həyat yoldaşı ölkə başçısına səslənərək işi nəzarətə götürməsini istəyir: “Cənab Prezident, Şəmkirdə bir az imkanı olan onlarla sahibkarı hədə-qorxuyla təhdid edib pullarını ələ keçirən polis əməkldaşları barədə tədbir görülməsini təmin edin. Bu işi nəzarətə götürün ki, növbəti sahibkar faciəli ölməsin”.

Hələ ötən ay Yeganə Yusifova Şəmkir polisləriylə bağlı açıqlamalar verəndə DİN Mətbuat Xidməti iddiaları əsassız və böhtan adlandırmışdı: “Ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var”.

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Cabbarovun ailəsi məsələni ictimailəşdirəndən sonra qurum məlumat yayıb ki, Arzu Cabbarovun özünə xəsarət yetirərək öldürməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin istintaqı davam edir.

Şəmkir rayon Polis Şöbəsindənsə bildirilib ki, Yeganə Yusifova barəsində dələduzluq əməlləriylə bağlı cinayət işi olduğuna görə həbs olunub və iki gündür Gəncə İstintaq Təcridxanasına etap edilib.

Hadisə bu ilin mayında baş verib. Arzu Cabbarov Təranə adlı şəxsin evində tanışı Yeganə Yusifova ilə görüşərkən damarları kəsilib. Y.Yusifova və A.Cabbarovun ailəsi həmin vaxt hadisə yerində olan polis əməkdaşının iş adamının damarını şüşə ilə kəsib onu öldürdüyünü iddia ediblər.

Toplum TV-nin əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi mənzilin Təranə adlı sahibəsinə qarşı 234.1 (Qanunsuz narkotik əldə etmə, daşıma və sair) maddəsiylə cinayət işi başlanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"  

Esmira Cavadova
2 İyun 2023
İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. O, həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi iki ildən çoxdur gedir və bu gün o, son söz deyib.  Məhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib. İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: "Mən bir ziyalı ailəsində doğulmuşam.  Hakim sözünü kəsir: - İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış.  İlkin Süleymanov: "Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma...
Məhkəmə

Prokuror attaşeyə 8 illik həbs cəzası tələb edib

Esmira Cavadova
2 İyun 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib Osmanovun cinayəti işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Nəcib Osmanovun 8 il azadlıqdan məhrum edilməsini və  məhkəmə zalında həbs olunmasını istəyib.  Məhkəmə prosesi iyunun 5-də davam edəcək.   İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib. Sabiq attaşeyə qarşı...

Seçilmiş Videolar

Toplum TV loqo